Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Davudoğludan Putinə sərt cavab: Uşaqdı

Davudoğludan Putinə sərt cavab: Uşaqdı

Date: 19 December 2015 08:31

Türkiyənin baş naziri Əhməd Davudoğlu Rusiya prezidenti prezidenti Vladimir Putinin dekabrın 17-də keçirdiyi mətbuat konransında Türkiyənin ünvanına səsləndirdiyi təhqiramiz sözlərinin cavabını verib.

ANS PRESS-in məlumatına görə, Ə.Davudoğlu bildirib ki, Putin son vaxtlar uşaq kimi hərəkət edir.

"Bir ay əvvəl Putin belə açıqlamalar verərdi? O, birdən-birə Türkiyənin müsəlman ölkə olduğunu, islamlaşmaya doğru getdiyini, ABŞ ilə yaxın əlaqələ qurduğunu xatırladı. Bir açıqlamanın ciddi qəbul edilməsi üçün açıqlama tsiklik şərtlər xaricində verilməlidir. Putinin son açıqlamalarını ciddi qəbul etmirəm. Bir ay əvvəl dilə gətirilməyən sözlər bu gün deyilirsə, bu, uşaq hərəkətidir, bunu əvvəllər çevrilişçilər edirdi, indi isə Putin edir. İndi PutinTürkiyədə guya müxalifət kəşf edib", deyə baş nazir vurğulayıb.

Əhməd Davudoğlu Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və onun ailəsi haqqında səsləndirdiyi fikirləröə də sərt münasibət bildirib.

"O, prezidentimizin ailəsi haqqında iddiaları səsləndirəndə dedim ki, bu, Sovet təxribatıdır. Hazırda Rusiyanın adına danışan Putində Sovet təfəkkürü görürəm. Hərhalda Putin KQB günlərində qalıb. Amma KQB keçmişdə qalıb, o Sovet təxribatı dönəmi artıq bitib. Putinin etdiyi hər açıqlama dünyada təbəssümə səbəb olur. Sarkazm, istehzalı təbəssümlərə. Bu, bizim üçün ciddi qəbul ediləcək çağdaş günün ruhuna uyğun olan açıqlamalar deyil. Sadəcə gülümsəyirəm. Onun dediklərini ciddi qəbul etmək təhiqr olar", deyə Davudoğlu bildirib.

Putin dekabrın 17-də keçirdiyi mətbuat konfransında canlı efirdə Türkiyənin və Ərdoğanın ailəsinin ünvanına sərt sözlər söyləmişdi. Su-24 bombardmançı təyyarəsinin vurulmasını şərh edən Putin bildirib ki, ""Təyyarə insidenti" Türkiyə hökumətindən kiminsə amerikalıların bir yerini yalamaq cəhdinin nəticəsi ola bilər.

Bununla kifahətlənməyən Putin Ərdoğanın ailəsinə qarşı da ittihamlar irəli sürüb. O iddia edib ki, Ərdoğanın oğlu İŞİD neftinin ticarəti ilə məşğuldur, qızı isə yaralı İŞİD terrorçularını müalicə etdirir.


Putinin son mətbuat konfransı

Tags:  Davudoğludan Putinə sərt cavab Uşaqdı


RƏYLƏR


Top news