Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Tərtərdə məktəblilər Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər

Tərtərdə məktəblilər Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər

V Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət (16 Mart 2017 20:48)
Forum iştirakçılarının şərəfinə ziyafət verildi (16 Mart 2017 20:19)
V Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib (16 Mart 2017 20:17)

Tarix: 19 Dekabr 2015 08:33


Tərtər, 19 dekabr, AZƏRTAC
Tərtər şəhərindəki Heydər Əliyev Mərkəzinə məktəblilərin ekskursiyası davam edir.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzinin növbəti qonaqları şəhər 1, 2, 5 və 6 nömrəli məktəblərin şagirdləri olub. Şagirdlər Heydər Əliyev Mərkəzində dahi liderin keçdiyi şərəfli həyat yolunu, Azərbaycana rəhbərliyinin hər iki dövrünü əks etdirən fotoşəkillərlə, böyük şəxsiyyət haqqında yazılmış kitablarla, qəzet, jurnal və rəsmi sənədlərlə tanış olublar. Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova Ümummilli Liderin həyat və fəaliyyəti, siyasi irsi, xalqımız və dövlətimiz qarşısında böyük xidmətləri haqqında ətraflı məlumatlar verib. Məktəblilər burada həmçinin Ulu Öndərə həsr olunmuş sənədli film izləyiblər.
Qeyd edək ki, 2015-ci ilin əvvəlindən 60-dan çox idarə, müəssisə və ümumtəhsil məktəbindən ümumilikdə 1800 nəfər Heydər Əliyev Mərkəzinə ekskursiya edib.


Teqlər:  Tərtərdə məktəblilər Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər



RƏYLƏR


Top xəbərlər