Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Keçmiş nazir həbs edildi

Keçmiş nazir həbs edildi

Nazir müavini həbs edildi - BELARUSDA (21 Mart 2017 14:39)

Tarix: 19 Dekabr 2015 08:37

Belarusun keçmiş ticarət naziri saxlanılıb. Modern.az xarici mediaya istinadən bildirir ki, bu barədə Belarus Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sədri Valeri Vakulçik nümayəndələr palatasında məlumat verib.

"İstintaq Komitəsi Çekanovın işi ilə məşğuldur", - Vakulçik qeyd edib.

Bununla belə, DTK rəhbəri keçmiş nazirin saxlanılıb-saxlanılmadığını deməkdə çətinlik çəkib: "Dövlət Təhlükəsizlik Komitəsi bu məsələ ilə məşğul olmur".

İstintaq Komitəsində bu məlumata şərh verməyiblər.

"Bu informasiyanı nə təsdiqləyirik, nə də təkzib edirik", - hüquq-mühafizə orqanlarındakı mənbə isə belə deyib.

Prezident Aleksandr Lukaşenko dekabrın 17-də hökumət üzvlərinin təyin olunması ilə bağlı fərman imzalayıb. Məmurların əksəriyyəti öz postlarını qoruyublar, yalnız ticarət naziri əvəzlənib: Valentin Çekanovun yerinə Vladimir Koltoviç təyin olunub.

Qeyd edək ki, Çekanov 2009-cu ildən nazir işləyib.

Milli.Az


Teqlər:  Keçmiş nazir həbs edildi



RƏYLƏR


Top xəbərlər