Bakıda "Avrokubok derbisi"

Bakıda "Avrokubok derbisi"
09:17 19 Dekabr 2015
39 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura start veriləcək. 

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, iki gün davam edəcək turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
 
Günün ilk görüşü Sumqayıtda keçiriləcək. Yerli komanda "Rəvan"ı qəbul edəcək. Autsayderlər qrupunda yer almış komandaların ikisi də yeni baş məşqçilərin gəlişindən sonra xal hesablarını artırsalar da, turnir cədvəlində irəliləyə bilmirlər. Ancaq istənilən halda, tərəflər ilin son oyununu qələbə ilə başa vurmaq əzmində olacaqlar. Üstəlik, əldə olunacaq qələbə iki komandadan birinin ən az bir günlük bir pillə irəliləməsinə şərait yaradacaq.
 
Günün ikinci görüşü isə turun mərkəzi qarşılaşması olacaq. "Qarabağ" öz meydanında "Qəbələ" ilə qarşılaşacaq. Avrokuboklarda qrup mərhələsində mübarizə aparmış iki komandanın dueli maraqlı idman mübarizəsi vəd edir. Hazırda lider olan və "qış çempionluğu"nu təmin edən ağdamlılar son turlarda gözlənilməz xallar itirsə də, öz meydanında çempionluq yolundakı əsas rəqiblərini üstələməyə çalışacaqlar. "Qəbələ" isə qalib gələrsə, uzaq düşdüyü ilk üçlüyə yenidən dönmək şansı yaranacaq.
 
Topaz Premyer Liqası
XVIII tur
19 dekabr (şənbə)

15:30. "Sumqayıt" - "Rəvan"
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Rahil Ramazanov, İsgəndər Əliyev
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Məhəmməd Məmmədov
"Kapital Bank Arena"
İlk oyun: 0:0
 
 
18:00. "Qarabağ" - "Qəbələ"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Xaqani Məmmədov
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
İlk oyun: 2:2
 

Turnir cədvəli

Turnir cədvəli

1

Qarabağ

17

11

4

2

27-11

37

2

Zirə

17

7

8

2

16-12

29

3

İnter

17

7

6

4

16-12

27

4

Qəbələ

17

7

6

4

23-12

27

5

Kəpəz

17

6

7

4

18-16

25

6

Neftçi

17

6

5

6

18-17

23

7

AZAL

17

5

4

8

10-17

19

8

Sumqayıt

17

3

8

6

20-25

17

9

Xəzər Lənkəran

17

3

3

11

10-22

12

10

Rəvan

17

2

5

10

9-23

11

Bombardir: Riçard Almeyda ("Qarabağ") - 7.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/391422.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR