"Qız atası"nda şantaj: "Başqa disklər də var baxılmalı" - VİDEO

"Qız atası"nda şantaj: "Başqa disklər də var baxılmalı" - VİDEO
09:22 19 Dekabr 2015
61 Digər
Ölkə mətbuatı
A- A+

Tanınmış simaların yer aldığı "Qız atası" serialı artıq ikinci mövsümünə start verib. 

Milli.Az bildirir ki, komediya janrında olan serialın ssenari müəllifləri Ənvər Abbasov, Samid  Ağayev, Elnur Hüseynov və Tərlan Nur-Yaşardır. Baş prodüseri tanınmış gülüş ustası Elməddin Cəfərov, quruluşçu rejissoru isə Ramin Hacıyevdir.

Dörd qızını ərə verən Vidadi (Teymur Məmmədov) və Nəzakətin (Mətanət Əliverdiyevanın) hər həftə başlarına gələn maraqlı, gülməli və qeyri-adi vəziyyətləri görmək istəyirsinizsə, onda hər həftənin şənbə günü ATV-nin efirində, saat 21:30-da nümayiş olunan "Qız atası" serialına baxmağı unutmayın.

Qeyd edək ki, adları çəkilən aktyorlardan əlavə, serialda bir çox tanınmış aparıcılar, Nərgiz Məmmədova, Xəyalə Quliyeva, Ülviyyə Xəlilbəyli, aktyorlar Tərlan Nur-Yaşar, Əkbər Əlizadə, Azər Axşam və müğənni Coşqun Viləş də rol alıblar.

Serialın ssenaristlərindən biri olan Samid Ağayev Milli.Az-a açıqlamasında bildirib ki, bu yay, demək olar, dincəlməyiblər: "Yayda 3 serial üzərində işlədik. "Qız atası", "Qardaşlar" və "Eks-bacanaqlar". Biz komanda şəklində fəaliyyət göstəririk. Ölkədə, bəlkə də, ən uzunömürlü komandayıq. Bu komanda bu il yeni mövsümdə sizin qarşısınıza 3 serialla çıxır. Bu 3 serialın ssenari müəllifləri Ənvər Abbasov, Elnur Hüseynov,  Tərlan Nur-Yaşar və mən, Samid Ağayevəm. Biz elə komandayıq ki, istənilən işə girib oradan reytinq əldə edə bilirik. Ailədən artığıq. Bu 3 serialdan mənə daha doğması "Qız atası"dır. Onu yazanda daha rahat oluram. Sizə bir sirr verim ki, "Qardaşlar" serialı bütün seriallardan daha reytinqli olacaq. Mən buna inanıram. Elməddin Cəfərovun və Ramin Hacıyevin böyük rolu var komandada. Çoxları bizi və bizim yazdığımız zarafatları bəyənmirlər. Bizim seriallarda oynayan aktyorları qaçırtmaq və ya öz komandalarına cəlb etmək üçün əllərindən gələni edirlər. Əgər bizim zarafatlarımız duzsuz olsaydı, bu qədər reytinqli olmazdı işlərimiz. Pislik elə pisə qalır".

Qeyd edək ki, "Qız atası" serialının informasiya dəstəyi Milli.Az-a məxsusdur.

Serialın anonsunu təqdim edirik.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/seriallar/391421.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR