Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ofisiant tapdığı 32 min dolları sahibinə qaytardı - VİDEO

Ofisiant tapdığı 32 min dolları sahibinə qaytardı - VİDEO

Date: 19 December 2015 09:27

ABŞ-ın Kaliforniya ştatının Fresno şəhərində fəaliyyət göstərən "Applebee's" kafesinin ofisiantı müştərilərin masada unutduqları 32 min dolları polisə təhvil verib.

"Report" xəbər verir ki, bu barədə "Fresno Bee" nəşri yazır.
Erika Qonzales və anası Berta sözügedən məbləği banka qoymaq istəyiblər, lakin orada seyf olmayıb, bu səbəbdən onlar bankı tərk ediblər. Onlar nahar etmək üçün pul çantası ilə restorana gəliblər, axşam saatlarında isə pulları itirdiklərini anlayıblar.
Ailə bu barədə polisə məlumat verib, tezliklə hüquq-mühafizə orqanlarına "Applebee's"dən zəng daxil olub. Ofisiant pulu tapdığını deyərək onları polisə təhvil verib.
Restoran əməkdaşının adının açıqlanmasını istəmədiyi və mükafatdan imtina etdiyi bildirilir.
Qeyd olunur ki, bu məbləğ ofisiantın illik məvacibi ilə müqayisə oluna bilər.

Milli.Az


Tags:  Ofisiant tapdığı 32 min dolları sahibinə qaytardı VİDEO

RƏYLƏR


Top news