"Beşiktaş"ın futbolçusu Vəli Kavlak 9 ay sonra gedi dönüb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Avstriya millisinin üzvü ağır zədədən sonra Türkiyə Kubokunda "Beşiktaş" - "Karabükspor" oyununun 71-ci dəqiqəsində meydana çıxıb. O, düz 9 ay sonra "ağ-qara" forma şansı qazanıb: "9 ay sonra meydana çıxdım. Necə hiss olduğunu anlada bilmərəm. Bu müddətdə mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Hələ tam formada deyiləm, amma dövrə arasında əsas formamı yığacam".
Milli.Az