​Naxçıvandakı orta məktəblərdə kompüterlərin 85,6 faizi internetə qoşulub

09:47 19 Dekabr 2015
18 Sosial
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, bu barədə məlumatı MR-in Dövlət Statistika Komitəsi açıqlayıb.
Məlumatda göstərilib ki, muxtar respublikanın ümumtəhsil məktəblərində 1 yanvar 1996-cı il tarixdə 1 dəst kompüterdən 75 şagird istifadə edibsə, hazırda hər 12 şagird bir dəst kompüterlə təmin olunub.
Ümumtəhsil məktəblərində istifadədə olan 3 801 dəst kompüterin 3 253-ü və ya 85,6 faizi internetə qoşulub.
Məlumatda qeyd olunub ki, 1995-1996-cı tədris ilində ümumtəhsil məktəblərini bitirən 3 512 məzundan 401, 2014-2015-ci tədris ilində ümumtəhsil məktəblərini bitirən 3 331 məzundan 1 582-si tələbə adını qazanıb.
Ötən dövr ərzində muxtar respublikada 14 məktəbdənkənar müəssisə və 26 uşaq musiqi məktəbi tikilib və ya yenidən qurulub. 

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/naxcivandaki-orta-mekteblerde-komputerlerin-85-6-faizi-internete-qosulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR