Bodrumda faciə: dənizdən 18 meyit çıxdı (FOTO)

Bodrumda faciə: dənizdən 18 meyit çıxdı (FOTO)
09:51 19 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə növbəti miqrant faciəsi yaşanıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Muğlanın Bodrum rayonunda Yunanıstana keçmək istəyən miqrantla dolu gəmi batıb.

Gəmidə olan 32 miqrant qaçaq yollarla Yunanıstana aid Kilimli (Kalimnos) adasına keçməyə çalışırdı. Gəmidə olan 14 nəfər xilas olunsa da, 18 nəfər Egeyin soyuq sularında batıb.
Sahildən iki mil aralıda batan taxtadan hazırlanan gəmidə Suriya, İraq və Pakistan vətəndaşları olublar.

Onların köməyinə isə qışqırıq səslərini eşidən balıqçı qayıqları yetişiblər. Dərhal Sahil Təhlükəsizlik Xidmətinə məlumat verilib. Ölənlər arasında uşaqlar və qadınlar da var.

Məlumata görə, minqrantlar adambaşına 3 min dollar müqabilində Yunanıstana getmək barədə razılaşıblar. Amma limana gəldiklərində taxta köhnə gəmi görüblər. Onlar kapitanla dalaşaraq buna etiraz ediblər. Son anda 20 nəfər gəmiyə minməkdən imtina edib.

Bu miqrantlarala bağlı ilk faciə deyil. Bu insanlıq faciəsi baş verdiyi bir vaxta Avropa liderləri miqrant axınının qarşısını almaq üçün tədbirlər planı hazırlamağa çalışırlar.

Avropaya miqrant axının artmasının səbəblərindən biri Yaxın Şərqdə və Şimali Afrikada baş verən silahlı münaqişələrdir.



Ancaq Suriyada artıq 4.5 ildir vətəndaş müharibəsi davam edir. Bu müddət ərzində yüz minlərlə insan ölüb, təxminən 7 milyonu ölkədə, 5 milyona yaxını ölkə xaricində olmaqla 13 milyondan çox suriyalı yaşadığı evdən və şəhərdən didərgin düşüb. Onların 2 milyonu Türkiyədə qaçqın düşərgələrində və ya fərdi şəkildə yaşamağa çaılışsalar da böyük əksəriyyəti daha yaxşı həyat üçün Avropanın yolunu tuturlar. Bu yolçuluğu isə çox vaxt həyatları ilə ödəyirlər.

Müəyyən şəxslər bir miqdar pul müqabilində minqrantları kiçik rezin və ya taxta qayıqlarda Yunanıstana keçirməyə razılaşırlar. Bu zaman qayıqlara həddindən artıq insan mindirilir ki, bu da faciə ilə nəticələnir. Son bir neçə ayda Ancaq Türkiyədə onlarla miqrant dənzidə boğularaq dünyasını dəyişib, onların cəsədləri isə sahilə çıxıb.


Bir neçə ay öncə Egey dənizində batan qayıqlarda həyatını itirən uşaqların şəkilləri bütün dünyanı dərindən sarsıdıb.
Meyiti Türkiyə sahilinə çıxan 3 yaşlı Aylan Kurdi miqrant faciəsinin simvoluna çevrilmişdi.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367663

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR