Qəzzafinin oğlunun ailə fotoları: əyləncə və işgəncə - FOTO

Qəzzafinin oğlunun ailə fotoları: əyləncə və işgəncə - FOTO
09:57 19 Dekabr 2015
55 Digər
Ölkə mətbuatı
A- A+

Liviyanın mərhum lideri Müəmmər Qəzzafinin oğlu Hannibal Qəzzafi Livanda həbs olunub.
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, 40 yaşlı H.Qəzzafi 1978-ci ildə itkin düşmüş imam Musa Sədr barədə məlumatı gizlətməkdə suçlanır.
Hannibal Qəzzafi 2012-ci ildən bəri Omanda yaşayır. 6 gün əvvəl o, Livana, arvadına baş çəkməyə gəlmişdi. 
Elə həmin gün onu Livanda şiələrin ƏMAL hərəkatının üzvləri oğurlamışdılar. İki gün sonra Hannibal Qəzzafinin videosu yayılmışdı. O, vəziyyətinin normal olduğunu demiş, Musa Sədr barədə məlumatı olanlardan xəbər vermələrini istəmişdi.
Dünən isə Hannibal Qəzzafinin iPad-ındakı fotolar və videolar açıqlanıb.
Vəhşicəsinə qətlə yetirilmiş Müəmmər Qəzzafinin ikinci arvadı Safiyə Fərkaşdan olan kiçik, dördüncü oğlunun bu fotolarının əksəriyyəti ailə fotolarıdır və əyləncə, istirahət zamanı çəkilib. Lakin 1700 foto və video arasında Hannibal Qəzzafinin onu "sinirləndirən" insanlara verdiyi amansız işgəncə görüntüləri də var.
Daily Mail bildirir ki, fotolar arasında Hannibalın livanlı arvadı Elin Skeflə əyləncələri zamanı çəkilmiş şəkillər də az deyil. 
Hannibal və Elin qeyri-adekvat davranışları ilə ad çıxarmışdılar.
2008-ci ildə onlar İsveçrənin Cenevrə otelində iki mühafizəçilərini döydükləri üçün tutulmuşdular. Onlar az sonra buraxılsalar da, Liviya və İsveçrə arasındakı münasibətlər pozulmuşdu.
2009-cu ildə Londondakı "Glaridce" otelindən polisə bir qadın zəng vurmuşdu. Polis hadisə yerinə yollananda Hannibal Qəzzafinin üç cangüdəni polisi nömrəyə buraxmaq istəməmişdi. Polis bu adamları həbs etmişdi.
Nömrədə amansızlıqla döyülmüş Elin Skef qan içində yerə sərilmişdi. Onu Hannibal döymüşdü.
2011-ci ilin avqustun 29-da üsyançılar Liviyanın paytaxtı Tripolini ələ keçirəndə Hannibal Qəzzafi, onun arvadı, anası, bacısı və qardaşı Əlcəzairə qaçmışdılar.
Hannibal və Elinin övladlarının dayəsi, efiopiyalı Şveyqa Mullanı üsyançılar Hannibalın villalarından birində tapmışdılar.
"Onların kiçik qızı ağlayırdı. Elin mənə dedi ki, qızı döyüm, sakitləşdirim. Bunu etmək istəmədim. Elin də başıma qaynar su tökdü, sonra 3 gün ac-susuz saxladılar", - Şveyqa demişdi.
 

Orxan Hun
Milli.Az



















Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/391429.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR