Filippində sel qurbanlarının sayı 35-ə çatıb

Filippində sel qurbanlarının sayı 35-ə çatıb
10:02 19 Dekabr 2015
25 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 dekabr. REPORT.AZ/ Filippində leysan yağışlarının səbəb olduğu sel nəticəsində qurbanların sayı 35-ə çatıb.
Bu barədə "Report" "TASS"a istinadən xəbər verir.
Pis hava şəraiti ilə bağlı prezident Beniqno Akino ölkədə "milli fəlakət" vəziyyəti elan edib.
Ən çox zərər arxipelaqın cənubunda yerləşən Mundanao adasına, eləcə də Visay adalarına dəyib.
Leysan yağışlarına bu həftənin əvvəlində Filippində başlayan "Nona" qasırğası səbəb olub. Sel təhlükəsinə görə, ölkənin mərkəzi rayonlarında yaşayan ən azı 800 min. sakin təxliyyə olunub. Bundan başqa, bir çox rayonlarda elektrik cərəyanı kəsilib, milyonlarla insan işıqsız qalıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/filippinde-sel-qurbanlarinin-sayi-35-e-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR