11-ci sinif şagirdinin pul kolleksiyası - FOTO

11-ci sinif şagirdinin pul kolleksiyası - FOTO
10:05 19 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycanda 16 yaşlı yeniyetmə 70-dən çox ölkənin kağız və dəmir pullarından ibarət kolleksiya yığıb.
"Report" xəbər verir ki, Fərrux Ələkbərzadə Zaqatala şəhəri, 1 saylı orta məktəbin 11-ci sinif şagirdidir.
Dərslərini əla qiymətlərlə oxuyan Fərrux dəfələrlə respublikada keçirilən bilik yarışları və müsabiqələrinin qalibi olub. Onun ən çox sevdiyi fənn tarixdir. Fərruxun pul kolleksiyası toplamaq həvəsi bu fənnə olan marağından irəli gəlib. O bu işlə artıq üç ilə yaxındır, məşğul olur. Kolleksiyada həm qədim, həm də müasir dövrdə istifadə olunan əskinaslar mövcuddur. Fərruxun pul yığdığını bilənlərdən bu kolleksiyanı almaq istəyən olsa da, o buna razılıq verməyib.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/391435.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR