Atəşkəs 89 dəfə pozulub

Atəşkəs 89 dəfə pozulub
10:14 19 Dekabr 2015
18 Ölkə
Ölkə mətbuatı
A- A+

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 89 dəfə pozub.

Lent.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Çaylı, Göyarx, Ağdam rayonunun Şıxlar, Novruzlu, Cəvahirli, Kəngərli, Sarıcalı, Şuraabad, Yusifcanlı, Qaraqaşlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 100 dəfə atəş zərbəsi endirib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225803

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR