"Kurtlar Vadisi Pusu"da toy olacaq (VİDEO, FOTO)

"Kurtlar Vadisi Pusu"da toy olacaq (VİDEO, FOTO)
10:16 19 Dekabr 2015
57 Şou
Ölkə mətbuatı
A- A+

Reytinq rekordları qıran “Kurtlar Vadisi Pusu” serialının əsas obrazlarından olan Güllü Erhan evlənir.

ANS PRESS-in məlumatına görə, oynadığı obrazla eyni adı daşıyan aktyor Erhan Ufak bir müddətdir birlikdə olduğu nişanlısı makler Sürəyya Kulla ailə həyatı qurur.

Aktyor Sürəyya Kul ilə sabah nikaha daxil olacaq. Aktyorun nikah şahidi isə rol yoldaşı Necati Şaşmaz (Polat Alemdar) olacaq.


Erhan Ufak və Sürəyya Kul.

Cütlük 30 oktyabrda nişanlanıblar. Sürəyya Kul sevgilisinin şirkətində çalışır.

Filmdə yaxasına taxdığı qızıl gül səbəbindən Güllü Erhan adlandırılan E.Ufak uzun illərdir “Kurtlar Vadisi Pusu” serialında rol alır. 13-cü mövsümə start verən serialda bu illər ərzində bir çox aktyor müxtəlif səbəblərdən ayrılsa da Erhan Ufak Necati Şaşmazın imtina etmədiyi aktyorlardandır.


"Kurtlar Vadisi Pusu"

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=367664

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR