Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Zaqatalada dəhşətli ölüm

Zaqatalada dəhşətli ölüm

Date: 19 December 2015 10:22

Zaqatalada qaz sobasının üstünə yıxılan 67 yaşlı kişi yanaraq ölüb. 

Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, dekabrın 18-i axşam saatlarında Anar Həmidov küçəsi, ev 25 ünvanında kişi meyidi aşkarlanması barədə təcili tibbi yardım şöbəsinə çağırış daxil olub. Hadisə yerinə gedən həkim briqadası ev sahibi, 1948-ci il təvəllüdlü Bəkir Şampir oğlu Bəkirovun yanmış meyidini görüb. 
 
Hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, ilkin ehtimala əsasən, B. Bəkirov huşunu itirməsi səbəbindən yanar qaz sobasının üstünə yıxılıb.  Hadisə baş verən zaman evdə tək  və köməksiz vəziyyətdə olan Bəkir Bəkirov yanıq xəsarətləri alaraq hadisə yerində ölüb. 

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır. 

Milli.Az
 


Tags:  Zaqatalada dəhşətli ölüm

RƏYLƏR


Top news