General Akif Çovdarov sabiq rektora işgəncə verib?

General Akif Çovdarov sabiq rektora işgəncə verib?
10:32 19 Dekabr 2015
57 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, hazırda Fransada mühacirətdə yaşayan Elşad Abdullayev ölkə rəhbərliyi, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev və KİV-lərə yeni müraciət ünvanlayıb. Müraciətin bir nüsxəsini də "Yeni Müsavat"a göndərən E.Abdullayev müraciətində Akif Çovdarovun gizli həbsxanası barədə ilginc təfərrüatları yazıb. Bundan başqa, sabiq rektor milli təhlükəsizlik naziri Eldar Mahmudovla görüşü barəsində də bu günə qədər açıqlamadığı detallardan bəhs edib.

"Məni bütün gün Çovdarovun Masazırdakı həbsxanasında ac-susuz saxladılar"

Keçmiş ABU rektorunun iddiasına görə, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan general-mayor Akif Çovdarovun onun qardaşı Mahir Abdullayevə 300 min dollar borcu olub. E.Abdullayev yazıb ki, Akif Çovdarovun cinayət ortağı Qulu Cəfərov bunu Mahir Abdullayevə oktyabr 2001-ci il tarixdə verdiyi yazılı izahatında da öz imzası, eləcə də barmaq izi ilə təsdiq edib. E.Abdullayev yazır ki, bu əlyazmanı qardaşı itkin düşəndən sonra onun iş otağındakı qara rəngli əl diplomatından götürüb. Bundan sonra Qulu Cəfərovla görüşməyə çalışıb:

"Sonradan bizə məlum oldu ki, o, Akif Çovdarovun şəxsi həbsxanasında işləyir. Qulu Cəfərov bizimlə görüşməkdən qaçırdı. Ancaq eşidəndə ki Mahir onunla bir yerdə çox vaxt keçirib, onu axtarmağa başladım. Nəhayət, 2009-cu ildə Qulu Cəfərovu lX mikrorayonda yerləşən və yaxın qohumu Akif Çovdarovla bir mərtəbədə, qapıbir qonşu kimi yaşadığı evin girəcəyində yaxaladım. Onun imzası ilə yazılmış Mahir Abdullayevə 300 min dollar borcu olması haqqında izahatı Qulu Cəfərova təqdim etdim və ondan Mahirə olan borcunu tələb etdim. 

O, gözlənilməz görüşdən az qala huşunu itirirdi, and-aman etdi ki, pullar Akif Çovdarovdadır, ondan ala bilərsiniz, mən Akif Çovdarovun taxta-şalban ofisində işləyirəm, mənə çörəkpulu verir. Düzdür, pul mənim imzamla alınıb, ancaq Mahir pulu Akif Çovdarova verib. Mənə Akif Çovdarovun mobil telefonunu verdi və dedi ki, sabah zəng et, görüş, o da mən deyənləri deyəcək".

Elşad Abdullayevin yazdığına görə, Qulu Cəfərovla bu görüşdən 1 gün sonra qara maskalılar onu saxlayaraq, Akif Çovdarovun gizli həbsxanasına aparıblar. Sabiq rektor bu hadisəni belə təsvir edir: "Səhəri gün səhər saat 7-8 radələrində idmana gedəndə evimin qabağında təcili tibb yardım maşınından düşən silahlı qara maskalılar məni zorla maşına saldılar. Qara maskalılardan MTN polkovniki Rəsul Rəsulov, Yaşar Lətifov (soyadını ola bilər ki, səhv salıram), indi həbsdə olan Teymur Quliyev üzlərini açmışdılar. Araz Laçınlı, polkovnik Fikrət Əliyev və general Elçin Quliyevi, Sənan İbrahimovu və Qulu Cəfərovu isə üzlərini açmasalar da, səslərindən və yerişlərindən tanıdım. Məni MTN-in arxa qapısına gətirdilər, lakin ora çatmamış Akif Çovdarovun tapşırığı ilə Masazırdakı şəxsi həbsxanasına apardılar. Bu zaman Elçin Quliyev, Fikrət Əliyev, Araz Laçınlı və Teymur Quliyev MTN-in arxa qapısından içəri girdilər. Rəsul Rəsulov qara maskalı təcili tibbi yardım maşınının sürücüsünə bildirdi ki, "siz professoru Masazır Universitetinə aparın". Yəni Akif Çovdarovun şəxsi həbsxanasına. Bütün günü məni Akif Çovdarovun Masazır həbsxanasında ac-susuz saxladılar, qonşu otaqda elektroşokla 2 nəfərə huşu itənə qədər işgəncə verirdilər, onların ah-naləsinə, yalvarışlarına səs verən yox idi. Təsəvvür edin, Azərbaycan Milli Elmlər Akademiyasında 10 ildən çox baş elmi işçi vəzifəsində çalışmışam, 30 il Bakı Dövlət Universitetinin Hüquq fakültəsində elmi-pedaqoji stajım var, ABU-da rektor işləyirəm, Prezidentin yanında AAK-in Hüquq Ekspert Şurasının sədri vəzifəsində çalışmışam, birdən-birə elə gözlənilməz situasiyaya düşdüm ki, məqam axtarırdım ki, oradan necə qaçım".

"Mən saxlanan otaqda qan izləri var idi..."

Elşad Abdullayevin yazdığına görə, günün sonuna yaxın Akif Çovdarov onun saxlandığı otağa gəlib. Bu onların ilk canlı görüşü olub. "Akif Çovdarov məni Azərbaycan Beynəlxalq Universitetindəki "qanun pozuntuları" ilə təhdid etməyə başladı. O məni MTN-in Təhsil Nazirliyindəki "Qara qutusu" İlyar Vahabovun yoxlama protokolları, "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzilinin yazdığı yazılarla gecə saat 2-yə qədər təhdid etdi. Məni qorxu və təəccüb bürümüşdü. Akif Çovdarovun şəxsi həbsxanasında hamı qara maskalı və silahlı idi. O başa düşəndə ki, artıq mən çəkinirəm, ondan sonra Qulu Cəfərovun Mahir Abdullayevə borclu olması haqqında məsələyə keçdi. Bu zaman əlində avtomat qara maskada Qulu Cəfərov və mənə özünü MTN polkovniki kimi təqdim edən Sənan İbrahimov (MTN-in müavini Hilal Əsədovun qohumu) da otağa daxil oldular. Mən saxlanan otaqda çoxlu qan izləri var idi. Qulu və Sənan üzlərini açmadan tam silahlı vəziyyətdə heç nə danışmadan Akif Çovdarovun komandasını gözləyirdilər. MTN generalı Elçin Quliyev maşından düşəndə bildirdi ki, "Elşad müəllim mənim MTN Akademiyasında müəllimim olub, yaxşı deyil, gəlin mənim otağımda dindirək"...

"Çovdarov deyirdi ki, Eynulla Fətullayevi öldürməməyimi özümə bağışlamıram"

E.Abdullayev daha sonra A.Çovdarovla arasındakı dialoqun ilginc detallarını açıqlayıb. Keçmiş rektor yazır ki, Akif Çovdarov Mahir Abdullayevi tanımadığını, onunla heç bir alış-verişinin olmadığını deyib: "Dedi ki, "nə mən, nə də qohumum Qulu Cəfərov Mahiri tanımırıq, bizim ona heç bir borcumuz yoxdur". Xəbərdarlıq etdi ki, "bir də bu söhbətin üstünə qayıtma. Varsa da, bizim Mahirə olan borcumuzu bağışlayırsan. Bir də bu söhbətin üstünə qayıtma, elə etmə ki, səni göndərək Mahirin, jurnalist Elmarın, akademik Ziya Bünyadovun, Rail Rzayevin yanına... Jurnalist Rafiq Tağını necə xəstəxanada qətlə yetirdilər, jurnalist Eynulla Fətullayevin başına  gətirdiyi müsibətlərdən elə bil qəhrəmanlıq edibmiş kimi  məni təhdid etdi. Xüsusən də jurnalist Eynulla Fətullayevdən cox yanıqlı olduğu üçün özündən asılı olmayaraq ondan yanıqlı danışırdı. O bildirirdi ki, bir məsələni özümə bağışlaya bilmirəm. Jurnalist Eynulla Fətullayevi, əlimdə imkan var idi, öldürmədim. Onsuz da onu da Elmar Hüseynovun və Rafiq Tağının yanına göndərəcəm... Ona qarşı çox kinli-küdurətli idi. O məqam axtarırdı ki, Eynulla Fətullayevlə də hesablaşsın... 

İnanın, adam MTN generalı deyil, bir KQB cəlladı və manyakı idi, nə danışdığının fərqində deyildi. "Başa düşmürsənsə, bir də başa salaq", - deyərək tükürpədici qətllər seriyasından təhdid dolu xəbərdarlıq edirdi. Nə isə, fikirləşirdim ki, necə qurtulum bu faşistlərin əlindən, mənim üçün olduqca ağır və gözlənilməz situasiyaydı. Akif Çovdarovun əmrilə qara "Lexus" cip maşında bir qara maskalı heç bir şey danışmadan məni şəhərin mərkəzindəki evimə gətirdi".

"Qorxduğumdan əmin olub məni buraxdılar..."

Sabiq rektor yazıb ki, bu hadisədən 3 gün sonra onu MTN-ə çağırıblar. Burada onun nazir Eldar Mahmudovla da görüşü olub. "MTN nazirinin köməkçisi - əmisi oğlu Vüqar Mahmudov səhər saat 9-da mənim mobil telefonuma zəng edib bildirdi ki, sizi MTN-in Baş İstintaq İdarəsinin rəisi Şıxəliyev Mövlan gözləyir. MTN nazirinin qəbul otağına gəldim, oradan da MTN Baş İstintaq İdarəsinin rəisi Mövlan Şıxəliyevin otağına getdik. Məni Mövlan Şıxəliyev və müstəntiq Novruz Məmmədov birlikdə qəbul etdilər. Onlar mənə Mahirin oğurlanmasından suallar verdilər, mən də Akif Çovdarovun söhbətindən sonra heç bir şey danışmadım. Çünki istintaqa qonşu otaqdan Akif Çovdarov və Hilal Əsədov istiqamət verirdilər. Onlar selektor telefon danışıqları ilə məni aşağılayan söyüşlər söyürdülər, bunları acıq-aşkar eşidirdim. Onlar əmin olandan sonra ki, mən Akif Çovdarovun ssenarisi üzrə danışmayacağam, bundan sonra Mövlan Şıxəlıyev və müstəntiq Novruz Məmmədovla birlikdə MTN naziri Eldar Mahmudovun iş otağına gəldik. Eldar Mahmudov da məni Mahir Abdullayevin oğurlanması ilə bağlı sorğu-suala tutdu. Qorxduğumdan əmin olduqdan sonra axşam saat 20 radələrində məni MTN-dən buraxdılar. Bir hüquq professoru olaraq, artıq fərqindəydim ki, kimlərlə üzləşmişəm..."

Qeyd edək ki, Elşad Abdullayev bu faktları ilk dəfədir, açıqlayır. Sabiq rektor müraciətinin sonunda bir sıra suallara aydınlıq gətirilməsini tələb edir. Müraciətin mediaya açıq yayılan hissəsinə gizli çəkilən 4 video da əlavə edilib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Uşağınızın qız olmasını istəyirsinizsə, bunları yeyin - İNANILMAZ ÜSUL

23 İyul 2017 14:47

I və IV ixtisas qrupları üzrə qəbul imtahanları suallarının düzgün cavabları açıqlandı

23 İyul 2017 14:44

Rusiyada təyyarə gölə düşdü

23 İyul 2017 14:43

Dünyada yeni avtomobil istehsalçısı peyda oldu - FOTO

23 İyul 2017 14:42

"Qarabağ" futbol klubunun ilk fan-şopu açılıb

23 İyul 2017 14:37

Ukrayna vətəndaşlığı alan azərbaycanlıların sayı açıqlandı

23 İyul 2017 14:33

O, amerikalı Karenindir - FOTO

23 İyul 2017 14:32

Faiq Ağayevdən kinayəli sözlər: "Aş olan yerdə tumun yeri yoxdur"

23 İyul 2017 14:29

"Mançester Siti" Danilonun transfer etdi

23 İyul 2017 14:27

"Fənərbaxça" Eto'Onu transfer etmək istəyir

23 İyul 2017 14:27

Xaçmaz bazarında dükanlar yandı

23 İyul 2017 14:27

Biləsuvarda maşının dəmiri çıxdı, qadını yaraladı

23 İyul 2017 14:27

Pentaqonun S-400 qorxusu: Bu dəfə Türkiyəyə görə narahatdır

23 İyul 2017 14:23

Şou ulduzu çılpaq fotolarını yaydı - FOTO

23 İyul 2017 14:22

I və IV ixtisas qrupları üzrə qəbul imtahanları: cavablar açıqlandı

23 İyul 2017 14:22

Türkiyədə 4 bal gücündə zəlzələ olub

23 İyul 2017 14:14

Çində dəhşət: 7 ölü

23 İyul 2017 14:13

Biləsuvarda bir maşının təkərindən çıxan dəmir digər avtomobilin sərnişininə ağır xəsrət yetirib

23 İyul 2017 14:12

Sirli, müəmmalı meşə - FOTO

23 İyul 2017 14:05

Bakıda evə basqın edib seyfdən külli miqdarda pul apardılar

23 İyul 2017 14:04

İnsanlar məhv olandan sonra dünya bu cür olacaq - ŞOK FOTOLAR

23 İyul 2017 14:03

İşdən çıxan mətbuat katibi Ağ Evdəki soyuducunu oğurladı

23 İyul 2017 13:54

Makronun reytinqi 10% aşağı düşüb - SORĞU

23 İyul 2017 13:48

Ukrayna yığmasının ulduzu "Qarabağ"da?

23 İyul 2017 13:47

Özünə sevgi məktubu yazan eybəcər

23 İyul 2017 13:47

Xaçmaz bazarında yanğın baş verib

23 İyul 2017 13:42

Ən maraqlı pişiklər - FOTO

23 İyul 2017 13:42

Bakıda maşının nömrə yerinə “seks” yazan sürücü yaxalandı -

23 İyul 2017 13:39

İQ səviyyələri ən yüksək olan 20 DAHİ

23 İyul 2017 13:38

Sulavesi adasında 5,5 bal gücündə zəlzələ olub

23 İyul 2017 13:32

Məşhur aktyorun sevgilisi istirahətdə - FOTO

23 İyul 2017 13:32

Xəzərdə batan şəxsin həyatı xilas edildi

23 İyul 2017 13:29

Ərdoğandan çağırış: "Bizi aldatmağa çalışmayın"

23 İyul 2017 13:28

Məşhur Türkiyəli müğənni Şəmkirə toya gəlib - FOTO

23 İyul 2017 13:24

“Qızımın dünyaya gəlməsini istəmirdim” - Flora Kərimova

23 İyul 2017 13:22

Yadplanetlilər haqqında bunları bilirdinizmi?

23 İyul 2017 13:17

Hyundai i30-u fastbəkə çeviriblər - FOTO

23 İyul 2017 13:17

Sabahın hava proqnozu -

23 İyul 2017 13:16

Qadınlara necə kişi lazımdır: intellektual, yoxsa?.. - Bürclər ÜZRƏ SEÇİM

23 İyul 2017 13:12

Sabahın hava proqnozu

23 İyul 2017 13:08

“Qarabağ” - "Şerif" oyununda anşlaq olacaq

23 İyul 2017 13:07

Rusiyanın Birinci kanalının teleaparıcısı dünyasını dəyişib

23 İyul 2017 13:07

Bu məşhurlar öz filmlərinə nifrət edirlər

23 İyul 2017 13:05

Ramil Şeydayev mövsümə məğlubiyyətlə başladı

23 İyul 2017 12:57

Rusiyada avtobus ayağı qapıda qalan uşağı yol ilə sürüyüb

23 İyul 2017 12:52

Terrorçular qadın geyimində qaçmağa çalışdılar - FOTOlar

23 İyul 2017 12:52

Bakıda maşınla 7 yaşlı qızı vurub qaçdılar

23 İyul 2017 12:49

Sumqayıtda 8 mənzildə yanğın olub

23 İyul 2017 12:49

Boksçularımız Dağıstanda 3 medal qazandılar

23 İyul 2017 12:47

İnanılmaz olay! Hamilə qadın tabutda uşaq dünyaya gətirdi FOTOLAR

23 İyul 2017 12:43