Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bodrumda miqarant qayığı batdı: 18 ölü

Bodrumda miqarant qayığı batdı: 18 ölü

Balıqçı qayığı gəmi ilə toqquşdu - İtkin düşənlər var (20 Mart 2017 23:53)
Balıqçı qayığı gəmi ilə toqquşub, itkin düşənlər var (20 Mart 2017 22:42)
Çində balıqçı qayığı batdı (19 Mart 2017 13:52)

Tarix: 19 Dekabr 2015 10:34

Bu gecə Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda içərisində qeyri-qanuni miqrantların olduğu qayıq batıb.

 

APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, nəticədə 18 nəfər ölüb, 14 nəfər isə son anda xilas edilib. Xilas edilənlər yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Onların vəziyyətinin ağır olduğu bildirilir. Bodrumdan Yunanıstanın Kalimnos adasına keçməyə çalışdıqları bildirilən miqrantların Suriya, İraq və Pakistan vətəndaşları olması müəyyənləşib.

 

Bu hadisədən az sonra yerli polisə Bodrumda daha 20 miqrantın qanunsuz yollarla Yunanıstana aparıldığı barədə məlumat daxil olub. Hadisə yerinə gedən polis miqrantları və təşkilatçıları yaxalayıb. Məlum olub ki, təşkilatçılar adambaşına 3 min dollar dollar alaraq, miqrantları köhnə qayıqla Yunanıstana aparmağı vəd ediblər.


Teqlər:  Bodrumda miqarant qayığı batdı 18 ölü



RƏYLƏR


Top xəbərlər