Davudoğlu Putini ələ saldı

Davudoğlu Putini ələ saldı
10:52 19 Dekabr 2015
170 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin baş naziri Əhməd Davudoğlu Rusiya prezidenti Vladimir Putinin dekabrın 17-də keçirdiyi mətbuat konfransında Türkiyənin ünvanına səsləndirdiyi təhqiramiz sözlərinin cavabını verib.

Anspress-in məlumatına görə, Ə.Davudoğlu bildirib ki, Putin son vaxtlar uşaq kimi hərəkət edir.

"Bir ay əvvəl Putin belə açıqlamalar verərdi? O, birdən-birə Türkiyənin müsəlman ölkə olduğunu, islamlaşmaya doğru getdiyini, ABŞ ilə yaxın əlaqələr qurduğunu xatırladı. Bir açıqlamanın ciddi qəbul edilməsi üçün açıqlama tsiklik şərtlər xaricində verilməlidir. Putinin son açıqlamalarını ciddi qəbul etmirəm. Bir ay əvvəl dilə gətirilməyən sözlər bu gün deyilirsə, bu, uşaq hərəkətidir, bunu əvvəllər çevrilişçilər edirdilər, indi isə Putin edir. İndi Putin Türkiyədə guya müxalifət kəşf edib", - deyə baş nazir vurğulayıb.

Əhməd Davudoğlu Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və onun ailəsi haqqında səsləndirdiyi fikirləröə də sərt münasibət bildirib.

"O, prezidentimizin ailəsi haqqında iddiaları səsləndirəndə dedim ki, bu, Sovet təxribatıdır. Hazırda Rusiyanın adına danışan Putində Sovet təfəkkürü görürəm. Hər halda Putin KQB günlərində qalıb. Amma KQB keçmişdə qalıb, o Sovet təxribatı dönəmi artıq bitib. Putinin etdiyi hər açıqlama dünyada təbəssümə səbəb olur. Sarkazm, istehzalı təbəssümlərə. Bu, bizim üçün ciddi qəbul ediləcək çağdaş günün ruhuna uyğun olan açıqlamalar deyil. Sadəcə gülümsəyirəm. Onun dediklərini ciddi qəbul etmək təhqir olar", - deyə Davudoğlu bildirib.

Putin dekabrın 17-də keçirdiyi mətbuat konfransında canlı efirdə Türkiyənin və Ərdoğanın ailəsinin ünvanına sərt sözlər söyləmişdi. Su-24 bombardmançı təyyarəsinin vurulmasını şərh edən Putin bildirib ki, ""Təyyarə insidenti" Türkiyə hökumətindən kiminsə amerikalıların bir yerini yalamaq cəhdinin nəticəsi ola bilər.

Bununla kifayətlənməyən Putin Ərdoğanın ailəsinə qarşı da ittihamlar irəli sürüb. O iddia edib ki, Ərdoğanın oğlu İŞİD neftinin ticarəti ilə məşğuldur, qızı isə yaralı İŞİD terrorçularını müalicə etdirir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/391464.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR