Bakıda Birinci Beynəlxalq Tələbə Festivalına start verilib

10:53 19 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 19 dekabr, Ceyhun Alışlı, AZƏRTAC
Dekabrın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təhsil alan əcnəbi tələbələrin Birinci Beynəlxalq Tələbə Festivalına start verilib.
AZƏRTAC xəbər verir ki, ADNSU-nun təşkilatçılığı ilə baş tutan festivalda 17 ölkəni təmsil edən əcnəbi tələbələrin və xarici nümayəndəliklərin hazırladığı stendlərdə müvafiq ölkələrin milli mədəniyyətlərinə aid nümunələr nümayiş etdirilir.
Gün boyu davam edəcək festivalda yerli və əcnəbi tələbələrin iştirakı ilə konsert proqramı təqdim olunacaq. Festivala qatılan tələbələr öz milli rəqslərini, musiqi və mahnı nümunələrini ifa edəcəklər. Bir sözlə ADNSU-da təhsil alan əcnəbi ölkələrin təmsilçiləri Bakıdan dünyaya birlik, həmrəylik, sülh mesajları verəcəklər.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_Birinci_Beynelxalq_Telebe_Festivalina_start_verilib-912611

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR