Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ucar sakini qeyri-rəsmi nikahda yaşadığı qadını öldürüb

Ucar sakini qeyri-rəsmi nikahda yaşadığı qadını öldürüb

Date: 19 December 2015 10:54

 Ucar rayonunda qətl olub.

 

Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən xəbərə görə, hadisə ötən axşam rayonun Türkəçi kəndində baş verib.

 

Ucar şəhər sakini, 1990-cı il təvəllüdlü Abbasov Elman Xanoğlan oğlu ilə qeyri-rəsmi nikahda yaşadığı, rayonun Ənvər Məmmədxanlı kənd sakini, 1997-ci il təvəllüdlü Səlimova Aytən Sabir qızı qonaq gəldikləri evdən qayıdarkən aralarında mübahisə yaranıb.

 

Mübahisə zəminində E. Abbasov küt alətlə A. Səlimovanı qətlə yetirib.

 

Hadisəni törədən şəxs Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. Hadisənin hansı səbəbdən və hansı şəraitdə baş verməsi hələlik məlum deyil.

 

Araşdırma aparılır.


Tags:  Ucar sakini qeyri-rəsmi nikahda yaşadığı qadını öldürüb

RƏYLƏR


Top news