Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Ölümdən döndüm" - əməkdar artist

"Ölümdən döndüm" -  əməkdar artist

Date: 19 December 2015 10:56

Əməkdar artist Aybəniz Haşımova uzun müddətdir depressiyada olduğunu etiraf edib.

Axşam.az-ın məlumatına görə, müğənni “Mənim dünyam” verilişində ölümdən döndüyünü deyib:

“Qarmon ifaçısı Rövşən Şəkili dünyasını dəyişdi. Ondan əvvəldə xəstə idi. Heç bir efirə gedə bilmirdim. Depressiyaya düşmüşdüm. Kim mənə zəng edirdi danışa bilmirdim. Bütün günü ağlayırdım. Elə bilirdim efirə çıxsam, Rövşən baxıb pis olar. 3 ay efirə çıxmadım. Dünyasını dəyişəndə isə pis günlərə qaldım. Ruhum öldü. Onun arxasınca Tahir Əkbər xəstələndi. Hər şey üst-üstə gəldi, gecənin bir yarısı səhhətim pisləşdi, məni xəstəxanaya apardılar. Ölümdən döndüm. Dedilər şəhərdən çıx get. Getdim bir müddət dincəldim, indi yaxşıyam”.

Tags:  Ölümdən döndüm əməkdar artist

RƏYLƏR


Top news