Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Xüsusi qərargah: İtkin düşmüş neftçilərin axtarışı bu gün də davam etdirilir

Rusiyada itkin düşmüş azərbaycanlı axtarışa verildi (24 Mart 2017 11:32)
Balıqçı qayığı gəmi ilə toqquşdu - İtkin düşənlər var (20 Mart 2017 23:53)
Dənizdə meyiti tapılan şəxsin itkin düşmüş neftçi olduğu dəqiqləşdi (15 Mart 2017 19:10)

Tarix: 19 Dekabr 2015 11:18

Bakı. Trend:

Dekabrın 4-də "Günəşli" yatağında baş vermiş qəza zamanı itkin düşmüş neftçilərin axtarışları bu gün də davam etdirilir. Xüsusi qərargahdan Trend-ə verilən məlumata görə, axtarışlarda Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidmətinin şəxsi və texniki heyəti iştirak edir. Axtarışlara gəmilər, helikopterlər, 1 təyyarə vasitəsilə aparılır.

Qərargahdan onu da qeyd ediblər ki, itkin düşmüş neftçilərin axtarış miqyası ötən günlərdə olduğu kimi Xəzər ətrafı qonşu ölkələrin sərhəd sularında da aparılır.

Xatırladaq ki, platformada neft quyularında yanğının qarşısı alınıb. Hazırda yanan qaz quyularının söndürülməsi istiqamətində də işlər davam etdirilir.

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  Xüsusi qərargah İtkin düşmüş neftçilərin axtarışı bu gün davam etdirilir



RƏYLƏR


Top xəbərlər