İzzət: "Tahir yerimə keçdi"

İzzət: "Tahir yerimə keçdi"
11:22 19 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

"Sürpriz olmasına çalışıram, ona görə də bu barədə geniş danışmaq istəməzdim".

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov yeni çəkildiyi "Ölülər 21-ci əsr" filmi haqda danışarkən deyib. O, filmdə müğənni rolunu canlandıracağını bildirib:
 
"Tahir İmanov məni yeni çəkdiyi filminə dəvət edib, orada mən də çəkilmişəm. Elə öz obrazımı -müğənni İzzəti canlandırıram. Filmdə bir ara Tahir İmanov mənim yerimə keçir və bununla da bir-birindən maraqlı hadisələr başlayır. Filmin nə zaman təqdim olunacağı haqda dəqiq məlumatım yoxdur. Amma təxminlərimə görə, gələn ilin ilk aylarında hazır olacaq".

Qeyd edək ki, Tahir İmanovun  "Ölülər 21-ci əsr" adlı filminin çəkilişləri bu yay Qəbələdə aparılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/391434.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR