Bakıda beynəlxalq turizm konfransı keçirilib

11:22 19 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

“Report” xəbər verir ki, konfransda çıxış edən ATMU-nun rektoru Cəfər Cəfərov bildirib ki, universitet ixtisaslı kadr hazırlığı ilə yanaşı turizm sahəsində elmi-tədqiqatların aparılmasına, eləcə də xarici ölkələrdə fəaliyyət göstərən alimlərlə fikir mübadiləsinin təşkilinə xüsusi önəm verir: “İndiyə kimi bir sıra beynəlxalq (“Turizm təhsili: problemlər və perspektivlər” (2006-cı il ), “Hər mövsümdə Azərbaycan” (2008-ci il), “Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” (2012), eləcə də ölkə üzrə konfranslar təşkil edən ATMU bu gün daha bir beynəlxalq konfransa ev sahibliyi edir. 
Bugünkü konfransın işində Azərbaycanla yanaşı, MDB ölkələri, uzaq xarici ölkələrdən gələn alim və mütəxəssislər iştirak ediblər.
Tbilisi Dövlət Universitetinin professoru M.Qvindjiliya “Gürcüstanda şəhər turizminin inkişafının əsas istiqamətləri” mövzusunda çıxış edib.
Daha sonra Qumilyov adına Avrasiya Milli Universitetinin (Qazaxıstan) əməkdaşları - biologiya elmləri doktoru Q.Aydarxanova, biologiya elmləri namizədi A.Saqnayeva, kimya elmləri namizədi J.Kojina “Qazaxıstanda ekoturizmin forma və növləri”, Bolqarıstan İqtisad Univeritetinin əməkdaşı H.Nedialkova “Bələdçi xidmətinin keyfiyyəti” mövzusuna dair məruzələrlə çıxış ediblər.
Qeyd edək ki, ümumilikdə beynəlxalq konfransda turizmin müxtəlif sahələrinə dair 44 məruzə dinlənilib. XX əsrin fenomeni hesab edilən dünya turizminin XXI əsrdə də dayanıqlı inkişafı, ayrı-ayrı ölkələrin bu inkişafa töhfəsi və s. mövzular ətrafında fikir mübadiləsi aparılıb.
“Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” adlı II Beynəlxalq elmi praktik konfransın yekun iclasında hər bir iştirakçıya tədbirdəki məruzə və çıxışlar əsasında nəşr olunan “Turizm və qonaqpərvərlik tədqiqatları” jurnalının 4-cü xüsusi buraxılışı təqdim edilib.
Konfransda Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, turizm sənayesi subyektlərinin rəhbər işçiləri, AMEA-nın institutut direktorları, tanınmış elm adamları və tədqiqatçılar iştirak ediblər.

Xəbərin orijinal ünvanı: http://report.az/turizm-ve-sergiler/bakida-beynelxalq-turizm-konfransi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR