Türkiyədə Azərbaycan Milli Kitabxanasının elektron resurslarının virtual oxu zalı açılacaq

Türkiyədə Azərbaycan Milli Kitabxanasının elektron resurslarının virtual oxu zalı açılacaq
11:36 19 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Ankarada, Türkiyə Milli Kitabxanasında (TMK) Azərbaycan guşəsi və Azərbaycan Milli Kitabxanasının (AMK) elektron resurslarının virtual oxu zalı açılacaq.
 
Virtual oxu zalında Azərbaycan Milli Kitabxanasının lokal şəbəkəsində yerləşdirilən, internetə çıxışı olmayan kitablar türkiyəli oxucuların ixtiyarına veriləcək.
 
Azərbaycan tarixi, Azərbaycan ədəbiyyatı, dissertasiyalar, notlar, XIX əsrin sonu, XX əsrin əvvəllərini əhatə edən qəzet və jurnalların tam komplekti xüsusi hazırlanmış proqram vasitəsilə oxuculara çatdırılacaq.
 
Sözügedən proqram elektron resursların surətinin çıxarılmasını və üzünün köçürülməsini məhdudlaşdıracaq.
 
Həqiqət İSABALAYEVA


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-40477-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR