Avropanın iki “Galileo” peyki orbitə çıxarılıb

Avropanın iki “Galileo” peyki orbitə çıxarılıb
11:46 19 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Avropanın iki "Galileo" naviqasiya peyk sistemi Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan Rusiyanın "Soyuz-ST" raketdaşıyıcısı ilə orbitə çıxarılıb. Bu barədə Avropa Kosmik Agentliyi məlumat yayıb.    

Söhbət ümumi çəkisi 1,4 ton təşkil edən yeni "Sat-10" və "Sat-11" peyklərindən gedir.
 
"ICTnews" elektron xəbər xidməti "www.tass.ru" saytına istinadən xəbər verir ki, peyklərin Avropa naviqasiya sistemi layihəsi çərçivəsində buraxılışına 2011-ci ilin oktyabrında başlanılıb.
 
Rusiyanın "QLONASS" və ABŞ-ın "GPS" sistemlərinin analoqu olan layihə Avropa İttifaqının (Aİ) dəstəyi ilə Avropa Kosmik Agentliyi tərəfindən hazırlanıb.
 
2000-ci ildə üzərində işə başlanılan "Galileo"nun orbitdə son formalaşması Avropa mütəxəssislərinin planlarına görə, 2020-ci ildə başa çatacaq. Həmin müddətədək orbitdə sistemin tam fəaliyyət göstərməsi üçün 24 peykin yerləşdirilməsi planlaşdırılır.  
 
"Galileo" peyklərinin növbəti buraxılışının 2016-cı ilin ikinci yarısında həyata keçirilməsi gözlənilir. 
 
Nizam Nuriyev


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-40479-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR