Cəbhədə erməni əsgər öldü

Cəbhədə erməni əsgər öldü
11:51 19 Dekabr 2015
93 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Ermənistan təmas xəttində bu gecə də gərginlik yaşanıb.

ANS PRESS- in erməni mətbuatına istinadla verdiyi məlumata görə, baş verən döyüşlərdə Ermənistan ordusunun bir əsgəri öldürülüb.

Bu, 1996 təvəllüdlü Fidar İqoreviç Aloyandır.

Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətnin rəhbəri Artsrun Ovannisyan “Facebook” səhifəsində cəbəh xəttində vəziyyətin gərgin olduğu barədə xəbər yayıb.

Məlumata görə, Ermənistanın müdafiə naziri Seyran Oqanyan bu gün səhər gözlənilmədən Dağlıq Qarabağa səfərə gəlib.

Son günlər cəbhədə vəziyyət gərginləşib. 17 dekabr axşam saatlarında təmas xəttində düşmənlə döyüş toqquşması erməni tərəfinin də itkisi ilə nəticələnib. Ermənilər 3 hərbçisinin öldüyünü açıqlayıb.
Onlardan ikisi gecə təmas xəttində atışma zamanı ölüb. Ölən əsgərlər bunlardır: Aqazi Qriqoryan (1996-cı il) və Ruben Aleksanyan (1996-cı il). Daha bir nəfər 1992-ci il təvəllüdlü Qor Oqanyandır. Onun hansı şəraitdə öldüyü araşdırılır.

Atışmada Silahlı Qüvvələrimiz də itki verib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, dekabrın 17-də qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Kərimov Taleh Saleh oğluhəlak olub.

Cəbhədə vəziyyətin gərgin olduğu bir vaxtda bu gün Azərbaycan və Ermənistan prezidentləri İsveçrənin paytaxtı Bern görüşürlər. Görüş ATƏT-in Minsk Qrupunun təşəbbüsü ilə baş tutur.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367674

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR