Türkiyə və İsrail tarixi anlaşma ərəfəsində

Türkiyə və İsrail tarixi anlaşma ərəfəsində
11:57 19 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan ilə İsrail hökumətləri arasında Birgə Komissiyanın yaradılması haqqında sənəd təsdiqlənib (23 Fevral 2017 20:02)

Türkiyə və İsrail hökumətləri diplomatik əlaqələrin bərpasına dair ilkin anlaşma əldə ediblər. Bu haqda ilk olaraq məlumat yayan "Reuters" agentliyi tərəflərin səfirlərin geri qayıtması ilə bağlı razılaşdığını da xəbər verib. Məlumatlara görə, anlaşma İsveçrədə aparılan danışıqlar çərçivəsində baş tutub.

Yada salaq ki, iki ölkə arasında diplomatik münasibətlər 2010-cu ildə Türkiyənin Qəzzaya humanitar yük aparan "Mavi Mərmərə" gəmisinə İsrail xüsusi təyinatlılarının hücumu nəticəsində ən aşağı səviyyəyə endirilmişdi. Hücum zamanı 9 Türkiyə vətəndaşı öldürülmüşdü.

Milli.Az musavat.com-a istinadən bildirir ki, insidentə görə rəsmi Təl-Əviv sonradan Ankaradan üzr istəsə də, ölənlərin ailələrinə təzminat ödənməsi və bəzi başqa məsələlərə dair tərəflər uzun müddət idi ki, razılığa gələ bilmirdilər. O üzdən də münasibətlər faktiki surətdə dondurulmuş şəkildə qalmaqda idi.
Lakin Rusiyanın "Su-24" təyyarəsinin vurulmasından sonra bölgədə situasiya xeyli dəyişdi və iki mühüm ölkənin - keçmiş strateji müttəfiqlərin yaxınlaşması və anlaşması üçün və onların hər ikisinin faydasına olacaq unikal tarixi fürsət yarandı. Belə görünür, Ankara və Təl-Əviv fürsəti qaçırmamaqda israrlıdır.

Bu xüsusda Türkiyə mətbuatı razılaşmanın bəzi detalları açıqlayıb. Bildirilir ki, iki ölkə arasında münasibətlərin tam həcmdə normallaşdırılması üçün heyətlər İsveçrədə bir araya gəlib. İsrail mətbuatı 5 maddəlik bir "yol xəritəsi" qəbul edildiyini də yazıb. Türkiyə tərəfi isə hələlik qəti razılığın olmadığını bəyan edir. İsrailin "Haaretz" nəşrinin yazdığına görə, Sürixdə keçirilən görüşdə hələlik bəzi detallar üzərində iş davam edir. "Yol xəritəsi"ndə isə aşağıdakı maddələr yer alıb:

1. İsrail "Mavi Mərmərə"də zərərçəkənlərə və qurbanlara görə 20 milyon dollarlıq təzminat fondu yaradacaq.

2. Türkiyə və İsrail qarşılıqlı olaraq səfir təyin edəcəklər.

3. "Mavi Mərmərə" hücumu ilə bağlı İsrail hərbçilərinə qarşı qaldırılan məhkəmə dayandırılacaq.

4. Türkiyə "Həmas" lideri Salih əl-Aruriyi deportasiya edəcək və təşkilatın Türkiyədəki fəaliyyəti məhdudlaşdırılacaq.

5. Türkiyə və İsrail təbii qaz sahəsində işbirliyinə gedəcəklər. Türkiyə İsraildən təbii qaz alacaq. İsrail Türkiyədə inşa ediləcək boru xətti ilə Avropaya qaz nəql edəcək.

Türkiyə ilə İsrail arasında yaxınlaşma istiqamətində son vaxtlar intensiv danışıqların getdiyi barədə bir neçə nüfuzlu mənbə xəbərlər yaymaqda idi. İsrailin baş naziri Benyamin Netanyahu isə bütün bunların fonunda iki ölkə arasında qaz xəttinin inşası ilə bağlı razılıq əldə oluna biləcəyini söyləmişdi. O, bu məqsədlə rəsmi Ankara ilə danışıqlar aparıldığını da vurğulamışdı.

Belə bir boru xəttinin inşası və Türkiyəyə qaz satışının reallaşması 5 ildir gündəmdə olsa da, iki ölkə arasında yaşanan məlum olay layihənin donmasına səbəb olmuşdu. Netanyahunun son açıqlaması və Ankaranın Rusiyadan 55 faizlik qaz asılılığını azaltmaq yönündə hərəkətə keçməsi ümid yaradırdı ki, proses yerindən tərpənəcək. Axı söhbət 10 milyard kubmetr qazdan gedir. Bu isə Türkiyənin Rusiyadan idxal etdiyi 30 milyard kubmetr qazın 1/3 deməkdir.

"Türkiyə-İsrail münasibətlərinin normallaşması Ankaraya Rusiyadan enerji asılılığını azaltmaq üçün bu ölkədən təbii qaz almağa imkan verəcək". Bunu "Bloomberg" agentliyinə Türkiyə hökumətindəki iki məlumatlı qaynaq bildirmişdi. Məlumatlara görə, bundan başqa, Türkiyə Kipr adasının birləşməsinə də tərəfdardır və bunun üçün həm türk, həm də yunan icması ilə danışıqlar aparır. Ona görə ki, perspektivdə həm İsraildən, həm də Kiprdən təbii qaz idxalı Türkiyənin öz mənbələrini müxtəlifləşdirməsi və Şərqlə Qərb arasında əsas tranzit məntəqəsinə çevrilməsinə şərait yaradacaq. 

*** 

Beləliklə, bölgədə İran, Rusiya və Ermənistanı qətiyyən məmnun etməyəcək yeni İsrail-Türkiyə və üstəgəl, Azərbaycan güc vektoru ortaya çıxmaqdadır. Doğrudur, "Yol xəritəsi" bütün bəndlərinin hələ razılaşdırılmadığı deyilir. Lakin artıq "buz yerindən tərpənib" və böyük ehtimalla, proseslər geridönməz xarakter alacaq. 

Proses isə Azərbaycanın da köklü maraqlarına uyğundur. Birincisi, bizim milli təhlükəsizlik maraqlarımız diktə edir ki, Türkiyə harada, Azərbaycan da orada olsun. İkincisi, İsrail Bakı-Ceyhan xəttindən neft alır və ölkəmizdən ötrü önəmli silah satıcısıdır, o sırada iki ölkə arasında hərbi-texnoloji əməkdaşlığın digər sahələrində ciddi əlaqələr mövcuddur.
Üçüncüsü, beynəlxalq yəhudi lobbisi Dağlıq Qarabağ məsələsinin ədalətli həllində, saxta soyqırım iddialarının dünyanın gündəmindən çıxarılmasında Bakı və Ankaraya sanballı dəstək vermək, erməni diasporunun fəaliyyətini  neytrallaşdırmaq gücündədir. Yeri gəlmişkən, Türkiyə ilə soyuq münasibətlərə rəğmən, bu il aprelin 24-də İsrail İrəvana nümayəndə heyəti göndərməmiş, o vaxtkı xarici işlər naziri Avidqor Liberman isə tarixdə erməni soyqırımının baş vermədiyini söyləyərək İrəvanı qəzəbləndirmişdi.

Nəhayət, köhnə-yeni geosiyasi vektorun güclənməsi bölgədə Rusiya-İran-Ermənistan vektorunun Azərbaycan və Türkiyə əleyhinə təhlükəli planlarına qarşı daha effektli immunitet yarada, çəkindirici amil ola bilər. Söhbət həm də təhlükəsizlik sahəsində qiymətli informasiya mübadiləsindən gedir.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

"Barselona"nın oyunçusu "Real"a keçə bilər

29 Aprel 2017 17:37

Marsdakı torpaqdan kərpic hazırlandı

29 Aprel 2017 17:37

Bu fotolar hər yerdən silinir, silinməmiş SİZ DƏ BAXIN!

29 Aprel 2017 17:33

Görüntülər ortaya çıxdı - Kapitan dəliyə döndü - FOTO

29 Aprel 2017 17:27

Azərbaycan vətəndaşı qətlə yetirildi

29 Aprel 2017 17:26

"Amil Xəlil ilə Bura Vətəndir" MİNGƏÇEVİRDƏ

29 Aprel 2017 17:23

Tamaşaçı: Azarkeşlərin dəstəyi gimnastların uğurunda böyük rol oynayır

29 Aprel 2017 17:22

Ronaldinyo şou göstərdi, "Real Madrid" məğlub oldu

29 Aprel 2017 17:18

Dəniz Sekinin azadlığa çıxma vaxtı dəqiqləşdi

29 Aprel 2017 17:17

Türkiyədən oğurlanmış 5 min il yaşı olan heykəl satışa çıxarıldı - FOTOLAR

29 Aprel 2017 17:13

Maştağada iti zorlayanların görüntüləri yayıldı

29 Aprel 2017 17:06

"Tottenham" yeni stadionda

29 Aprel 2017 17:05

Azərbaycanın bu bölgələrində yanğın olub

29 Aprel 2017 17:04

Bütöv Azərbaycanın HAVA PROQNOZU

29 Aprel 2017 17:03

Zərdabda həmkəndilərinin qoynunlarını oğurlayan dəstə üzvləri saxlanılıb

29 Aprel 2017 17:02

Qanunsuz silah aşkar edildi

29 Aprel 2017 16:59

Myanmada sərnişin avtobusu dərəyə yuvarlandı

29 Aprel 2017 16:59

18 yaşlı qız sirkə turşusundan zəhərləndi

29 Aprel 2017 16:57

Mingəçevirdə avtomobil işıq dirəyinə çırpılıb, 1 nəfər xəsarət alıb

29 Aprel 2017 16:57

Dəniz Aytəkinə yüksək təyinat

29 Aprel 2017 16:57

Rusiyalı gimnast: Bədii gimnastikada yeni qaydalar hakimlərin işini daha da çətinləşdirib

29 Aprel 2017 16:55

50 min uşaq məktəbəhazırlığa cəlb edilib - Ötən il

29 Aprel 2017 16:54

Kraliçalar krallardan daha betər olublar

29 Aprel 2017 16:53

Bərdədə yararsız at əti müsadirə edildi

29 Aprel 2017 16:52

Bərdə rayonunda at əti aşkar edildi - FOTOLAR

29 Aprel 2017 16:49

Sakisyanın müharibə bəyanatına Ramaldanovdan cavab

29 Aprel 2017 16:47

Türkiyə mətbuatı azərbaycanlı varlıların qızlarının elə görüntüsünü yaydı ki,...

29 Aprel 2017 16:45

Maykl Ceksonun çirkli alt paltarı 1 milyon dollara satılır - FOTO

29 Aprel 2017 16:43

İlham pərisinin, üsyan ruhunun və ölüm mələyinin yurdu - Səbuhi Məmmədli əfsanəvi sovet qəsəbəsindən yazır

29 Aprel 2017 16:39

Bərdənin Qasımbəyli kəndində at əti aşkarlanıb

29 Aprel 2017 16:37

Sankt-Peterburqda Azərbaycan vətəndaşı odlu silahdan açılan atəşlə qətlə yetirilib

29 Aprel 2017 16:37

Uşaqlara zərər vuran nağıllar - VİDEO - FOTO

29 Aprel 2017 16:37

Azarkeş: Dünya Kuboku kimi yarışlar Azərbaycanda gimnastikanın inkişafına kömək edir

29 Aprel 2017 16:36

Gürcüstan gimnastı: Bakı gözəl şəhərdir və burada çıxış etmək hər zaman xoşdur

29 Aprel 2017 16:36

Bərdədə 3-cü dəfə yararsız at əti müsadirə edildi

29 Aprel 2017 16:29

Azərbaycanlı gimnast: Yarışların ikinci günündə həyəcanın öhdəsindən gəlmək mümkün oldu

29 Aprel 2017 16:29

Stüardessalar təyyarədə alt paltarında dolaşırlar

29 Aprel 2017 16:29

Hər gün bu ərzaqlardan MÜTLƏQ istifadə edin

29 Aprel 2017 16:28

"CinemaPlus Xəmsə" - 1 il!

29 Aprel 2017 16:27

Azərbaycan vətəndaşı Rusiyaya gizli şəkildə 7 ədəd qızıl boyunbağı aparmaq istəyib

29 Aprel 2017 16:27

Beynəlxalq Muğam Mərkəzində M.Müşfiq yaradıcılığına həsr olunmuş tədbir keçirilib - FOTO

29 Aprel 2017 16:27

​Azərbaycanda dördəm dünyaya gəldi

29 Aprel 2017 16:19

ABŞ Türkiyə sərhədinə ordu yetirdi: DÖYÜŞ BAŞLAYACAQ - FOTOLAR

29 Aprel 2017 16:18

Xaricilər Azərbaycan filmlərindən məşhur ifadələri səsləndirdilər

29 Aprel 2017 16:15

İnyesta Barselona derbisini buraxacaq

29 Aprel 2017 16:14

1 otaqlı ev yandı

29 Aprel 2017 16:11

Çində meteroid yağışı - VİDEO

29 Aprel 2017 16:08

Azarkeş: Dünya Kubokunda nümayiş etdirilən videoçarxlar çox orijinaldır

29 Aprel 2017 16:08

"Unibank"ın səhmdarlarının illik toplantısı keçiriləcək

29 Aprel 2017 16:02

Qırğızıstanda matəm elan edildi

29 Aprel 2017 16:01