​Azərbaycanda əsas kapitala sərmayələr azalıb

​Azərbaycanda əsas kapitala sərmayələr azalıb
12:02 19 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 19 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 14 438,8 mln. manat vəsait yönəldilib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4% azdır.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onun 8 835,3 mln. manatı və ya 61,2%-i məhsul istehsalı obyektləri, 4 689,5 mln. manatı (32,5%) xidmət sahələri üzrə obyektlər, 914 mln. manatı (6,3%) isə ümumi sahəsi 1 634,1 min kv. metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.
Ümumi sərmayənin 34%-i dövlət, 66%-i qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 73,2%-i tikinti-quraşdırma işlərinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsaitin həcmi ümumi sərmayənin 56,9%-ni təşkil edib.
Əsas kapitala yönəldilən sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 9 737,7 mln. manat, bank kreditləri 1 094,8 mln. manat, büdcə vəsaitləri 2 703,5 mln. manat, büdcədənkənar fondların vəsaitləri 253,3 mln. manat, əhalinin şəxsi vəsaitləri 470 mln. manat, digər vəsaitlər isə 179,5 mln. manat təşkil edib.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycanda-esas-kapitala-yoneldilen-vesaitler-2-4-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR