Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İki ayağı olmayan qız ruhdan düşmür - VİDEO - FOTO

İki ayağı olmayan qız ruhdan düşmür - VİDEO - FOTO

Tarix: 19 Dekabr 2015 12:12

"Bəziləri məni əlil, şikəst saya bilərlər. Amma özüm barədə belə düşünmürəm. Vücudum anadangəlmə qüsurludur. Olsun, buna görə dərd çəkməyə dəyməz".
Kanya Sesser 22 yaşındadır, modeldir, iki ayağı yoxdur.
Milli.Az People-a istinadən bildirir ki, Kanya Tailandda doğulub. Valideynləri ondan imtina etdikləri üçün uşaq evində böyüyürdü. Günlərin birində isə ABŞ-ın Oreqon ştatında yaşayan ailə onu övladlığa götürüb.
22 yaşlı Kanya Sesser də indi amerikalıdır, oreqonludur.
İki ayağı olmasa da, ruhdan düşmür, bədbinliyə qapılmır. Model kimi çalışır, skeytbord sürməyi də çox sevir.
Kanyanın dediyinə görə, 2018-ci ildə keçiriləcək Paralimpiya oyunlarına hazırlaşır.
 

Milli.Az








Teqlər:  İki ayağı olmayan qız ruhdan düşmür VİDEO FOTO



RƏYLƏR


Top xəbərlər