Heydər Əliyev Mərkəzində britaniyalı heykəltəraş Riçard Dikonun sərgisi açılıb - FOTO

Heydər Əliyev Mərkəzində britaniyalı heykəltəraş Riçard Dikonun sərgisi açılıb - FOTO
12:12 19 Dekabr 2015
12 Digər
Ölkə mətbuatı
A- A+

Heydər Əliyev Mərkəzində britaniyalı heykəltəraş Riçard Dikonun "Digər tərəfdən" (On the Other Side) adlı fərdi sərgisinin açılışı olub. Trend-in məlumatına görə, tədbirdə görkəmli ictimai xadimlər, mədəniyyət və incəsənət nümayəndələri, yaradıcı gənclər, əcnəbi qonaqlar iştirak ediblər.

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov ekspozisiyanın açılışında qonaqları salamlayıb və sərginin təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya və R.Dikona minnətdarlığını bildirib.

A.Ələkbərov deyib: "Bu gün Riçard Dikonun, Heydər Əliyev Mərkəzinin kollektivinin bir neçə il ərzində üzərində işlədiyi sərgisini təqdim edirik. Ekspozisiyaya Riçard Dikonun 39 işi daxildir və sərgi gələn il iyulun 15-dək davam edəcək. Qeyd etmək istərdim ki, bu sərgi 10 il ərzində dünyanın bir çox ölkəsində nümayiş etdirilib. Bütün mədəniyyət və incəsənət sevərləri bu sərgiyə dəvət edirik. Başda Riçard Dikon olmaqla bu ekspozisiyanın təşkilində iştirak edən hər kəsə, eləcə də "Lesson Gallery"yə, sərginin dizayneri Ştumenqerə, Heydər Əliyev Mərkəzinin əməkdaşlarına dərin təşəkkürümü bildirirəm. Bütün kollektivin adından bizi həmişə dəstəkləyən Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarova dərin minnətdarlığımı bildirirəm".

Azərbaycanın xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ömər Eldarov qeyd edib ki, R.Dikon Rəssamlıq Akademiyasında olub və Elmi Şuranın qərarı ilə britaniyalı heykəltəraşa "Azərbaycan Rəssamlıq Akademiyasının Fəxri Doktoru" adı verilib. R.Dikona qonaqların alqış sədaları altında bu fəxri diplom təqdim edilib.

Ö.Eldarov deyib: "Heydər Əliyev Fondunun, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Leyla Əliyevanın sayəsində təsviri incəsənətin görkəmli ustalarının sərgilərini görmək imkanımız var".

Ardından "Digər tərəfdən" layihəsi üzərində işləyən yaradıcı kollektiv səhnəyə dəvət edilib.

R.Dikon səmimi qəbula və sərginin Bakıda təşkilinə görə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, Fondun vitse-prezidenti Leyla Əliyevaya və Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərova, eləcə də layihə üzərində işləmiş bütün yaradıcı kollektivə minnətdarlığını ifadə edib: "İki il əvvəl Venesiya biennalesində Azərbaycanın pavilyonu ilə tanış oldum. Elə orada Bakıda sərgi keçirmək təklifi aldım. Bunun həyata keçməsinə görə xoşbəxtəm".

Heykəltəraş bütün dünyanı özünün ilham mənbəyi adlandırır. R.Dikon həmişə israrla bildirir ki, özünü klassik mənada heykəltəraş hesab etmir. O, özünü nələrisə uyduran biri kimi qələmə verir və buna görə də çox mürəkkəb əsərlərin üzərində işləyərkən ağac, yaxud metalla işləyən mütəxəssislərlə əməkdaşlıq edir.

Sərgidə ağac, metal və keramikadan hazırlanmış həm monumental, həm nisbətən kiçik əsərlər, eyni zamanda orqanik nümunələr və dəqiq işlənmiş konstruksiyalar təqdim edilir.

R.Dikon 1949-cu ildə Uelsin Banqor şəhərində anadan olub. 1987-ci ildə müasir incəsənət sahəsinin nüfuzlu "Törner" mükafatına layiq görülüb. 40 ildən artıq müddətdə yaradıcılıqla məşğul olan R.Dikon hazırda Londonda yaşayır və fəaliyyət göstərir.

Milli.Az






























RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Günelin nişanlısı ilə barışması təsdiqini tapdı - FOTOFAKT

21 Avqust 2017 22:03

Tam Günəş tutulması başladı - CANLI YAYIM

21 Avqust 2017 21:49

Moskva SSRİ-nin cinayətləri üçün cavab verəcək: trilyonluq TƏZMİNAT TƏLƏBİ

21 Avqust 2017 21:48

Rostovda güclü yanğın

21 Avqust 2017 21:45

Sankt-Peterburqda “Qazprom” şirkətinin rəhbəri ilə SOCAR prezidenti arasında görüş keçirilib

21 Avqust 2017 21:42

Macarıstan sərhədini qanunsuz keçmək istəyən 162 qaçqın saxlanılıb

21 Avqust 2017 21:32

Qoz piylənmənin qarşısını almağa kömək edir

21 Avqust 2017 21:28

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

21 Avqust 2017 21:19

Keçmiş prezident: “Bu, müharibənin əsas səbəbi oldu”

21 Avqust 2017 21:13

Məktəbli ləvazimatlarının yarmarkaları açıldı - mağazalar arasında qiymət fərqi - VİDEO

21 Avqust 2017 20:58

VİDEO:Qardaşını sevdiyi qızla bir yerdə tutdu -

21 Avqust 2017 20:55

Rusiya SSRİ-dən qalan son borcunu ödədi

21 Avqust 2017 20:53

Növbəti İKT qrant müsabiqəsində kompleks ekspertiza mərhələsinə yekun vurulub

21 Avqust 2017 20:52

İmişli sakini özünü asdı

21 Avqust 2017 20:39

Avropadan Sakit okeana qədər dəmiryolu çəkilir

21 Avqust 2017 20:37

"İlk oyundan sonra “Qarabağ”ı favorit adlandırmaq olar" -

21 Avqust 2017 20:30

Trampın ailəsi müdafiəsiz qalacaq – Məxfi xidmətdən SOS

21 Avqust 2017 20:28

Mingəçevirdə yol qəzası baş verib, 4 nəfər xəsarət alıb

21 Avqust 2017 20:22

ABŞ PUA-sı Türkiyədə qəzaya uğradı

21 Avqust 2017 20:19

Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür

21 Avqust 2017 20:18

Türkiyə-Almaniya gərginliyi

21 Avqust 2017 20:10

İntihar cəhdinin qarşısı alındı - [color=red]Gəncədə/color]

21 Avqust 2017 20:04

Münaqişənin həlli üçün ŞƏRTLƏR, dənizlərə ÇIXIŞ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

21 Avqust 2017 20:03

Kataloniyada polis "ölüm kəməri" geymiş terrorçu-kamikadzeni məhv edib

21 Avqust 2017 19:52

DİQQƏTLİ OLUN!

21 Avqust 2017 19:50

Gürcüstan hökuməti Azərbaycan prezidentinə təşəkkür etdi

21 Avqust 2017 19:49

Filippinli milyonçudan HƏYAT DƏRSLƏRİ: “Kasıblar ona görə varlana bilmir ki...”

21 Avqust 2017 19:48

Barselonada terror aktı törədən əsas şübhəli hələ də azadlıqdadır

21 Avqust 2017 19:35

Barselona terrorunun əsas şübhəlisi tutulub

21 Avqust 2017 19:33

Barselonanı qana bulayan əsas terrorçu həbs edildi

21 Avqust 2017 19:29

Şəkidə doğum evində yanğın olub

21 Avqust 2017 19:27

"Qəbələ" "Dinamo"nu yendi

21 Avqust 2017 19:27

“Qəbələ” “Dinamo”ya qalib gəldi

21 Avqust 2017 19:24

Binəqədidə it qorxusu: "Sürü ilə gəzirlər, gərək yenə kimsə ölsün?.."

21 Avqust 2017 19:18

İlham Əliyev yeni sərəncam imzaladı

21 Avqust 2017 19:16

Azərbaycan nümayəndələri Moskva milli mədəniyyət festivalında iştirak edəcək

21 Avqust 2017 19:12

"Qarabağ" bu axşam yola düşür

21 Avqust 2017 19:07

SSRİ deputat Rüstəm Xəlilovun atasına heykəl qoya bilərdimi? - FOTOLAR

21 Avqust 2017 19:03

Qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

21 Avqust 2017 19:02

Obameyanq məsələsi nöqtələndi - RƏSMİ

21 Avqust 2017 18:57

Pxenyan yeni silahını işə salır – BÖYÜK TƏHLÜKƏ

21 Avqust 2017 18:53

Göygölə 3 milyon manat vəsait ayrıldı

21 Avqust 2017 18:45

“Şəmkir Aqroparkı”nda beynəlxalq konfrans keçirilib - FOTOLAR

21 Avqust 2017 18:43

Azərbaycanlı müğənnidən cəsarətli VİDEO

21 Avqust 2017 18:39

Dövlət Komitəsi ABŞ Dövlət Departamentinin Azərbaycanda din azadlığına dair hesabatına etirazını bildirib

21 Avqust 2017 18:37

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri məktəblilərlə görüşüb

21 Avqust 2017 18:35

“Azərbaycanda xalça fabriklərinin sayı 30-a çatacaq” - Prezident

21 Avqust 2017 18:34

"İçərişəhər" Qoruğunda YENİ TƏYİNAT

21 Avqust 2017 18:29

“Abşeron Gənclər Şəhərciyi” qazsız qalıb: "Bu qışı da donacağıq"

21 Avqust 2017 18:28

Çoxmənzilli binaların əsaslı təmirinə maliyyə vəsaiti ayrılıb

21 Avqust 2017 18:28