Mourinyonun sürpriz istəyi

Mourinyonun sürpriz istəyi
12:17 19 Dekabr 2015
33 İdman
Ölkə mətbuatı
A- A+

"Çelsi"dən istefaya göndərilən Joze Mourinyo "Mançester Yunayted"i çalışdırmaq istəyir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Britaniya mətbuatı xəbər yayıb.

Xəbərdə bildirilir ki, portuqaliyalı mütəxəssis Mançester təmsilçisindən təklif alıb və o, gələn mövsümdən "qırmızı şeytanlar"a rəhbərlik etmək istəyir.

Hazırda "Mançester Yunayted"i çalışdıran Lui van Qalın yayda komandadan gedəcəyi gözlənilir. 

Qeyd edək ki, bir neçə gün əvvəl klub rəhbərliyinin "Bavariya"nın baş məşqçisi Xosep Qvardiolaya təklif göndərdiyi, lakin ondan rədd cavabı aldığı xəbəri yayılmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/391471.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR