"Huşumu itirənədək təcavüz etdilər" - VİDEO - FOTO

"Huşumu itirənədək təcavüz etdilər" - VİDEO - FOTO
12:22 19 Dekabr 2015
136 Digər
Ölkə mətbuatı
A- A+

"İŞİD cəlladları bizi əsir alandan sonra məni döydülər, sonra harasa apardılar. Orada huşumu itirənədək təcavüz etdilər. Cəhənnəmi görmüşəm, bundan sonra yalnız qisas barədə düşünürəm".

Bunu deyən 21 yaşlı qadının səsi titrəyib və o, ağlayıb.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Nadiya Murad Basi Təha BMT-nin Təhlükəsizlik Şurasının toplantısında çıxış edib, başına gətirilən dəşhətdən, xalqının çəkdiyi müsibətlərdən danışıb.
"Məni üç ay kölə kimi saxladılar. Hər gün zorlayırdılar, döyürdülər. BMT-yə, bütün dövlətlərə yalvarıram: bu terrorçuları, cəlladları məhv edin", - Nadiya deyib.

"İraq və Şam İslam Dövləti" (İŞİD) ötən ilin avqustunda İraqın şimalındakı Sincar bölgəsini ələ keçirəndə minlərlə yezidi əsir almışdı. Yezid qadın və qızlar terrorçuların "hərəm"lərinə, kənizlərinə çevrilmişdilər. Bu qadınları cansız əşya kimi alıb-satırdılar.

"Terrorçular məni və ailəmi evimizdən apardılar. Sonra məni və yüzlərlə qadını zorladılar. Onlar bizi zorlayırdılar ki, sonra ərə gedə bilməyək, normal ailə qurmaq imkanlarımızı itirək. Mən terrorçuların seks köləsi olmuşdum. İlk dəfə məni nəhəng, saqqallı bir şəxs zorladı. 150 yezid ailə ilə birlikdə məni Mosula aparmışdılar. Orada bir binaya yerləşdirdilər. Minlərlə yezid vardı o binada. Bizi heyvan kimi alıb-satırdılar.
Ağlayırdım, saqqallıya yalvarırdım. Amma o məni vurdu, döydü, sonra təcavüz etdi. Ertəsi gün dedi ki, dinimi dəyişim. İmtina edəndə yenə döyüldüm və sonsuz, bitmək bilməyən təcavüzlər başlandı. "Sahibim" məni əlaltılarına hədiyyə etdi. Onlar məni o qədər zorladılar ki, huşumu itirdim", - Nadiya söyləyib.

BMT-nin Təhlükəsizlik Şurası da silahlı münaqişələr və məcburi köçlər zamanı insan oğurluqları ilə insan alverini hərbi cinayətlər kimi səciyyələndirməyə hazırlaşır.

TŞ üzvü olan dövlətlər silahlı münaqişələr gedən bölgələrdə insan alverini qətiyyətlə pisləyib: "Silahlı münaqişələr zamanı insan alveri ilə bağlı bəzi aktlar hərbi cinayətlərdir. Belə cinayətlərlə məşğul olan şəxslər mütləq şəkildə məsuliyyətə cəlb olunmalıdırlar".
 

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/391432.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR