Çempionlar Liqasının 2016/17 mövsümünün 11 iştirakçısı müəyyənləşib. Fanat.az хəbər verir ki, qitənin birnömrəli klub turnirində iştirak edəcək 11 komandadan 2-si I, 9-u II təsnifat mərhələsindən mübarizəyə başlayacaq.
Çempionlar Liqasında iştirakı dəqiqləşən Estoniyanın "Flora" (Tallinn) və Farer adalarının "B36 Torshavn" klubları mübarizəyə ilk mərhələdən start verəcək.
Belarusun BATE, İsveçin “Norçepinq”, Norveçin “Rusenborq”, Qazaхıstanın “Astana”, Finlandiyanın SJK, İslandiyanın “Hafnarfyordur”, İrlandiyanın “Dandalk”, Litvanın “Jalgiris” və Latviyanın “Skonto” klubları isə II təsnifat mərhələsinə vəsiqə əldə edib.
Qeyd edək ki, Azərbaycanı Çempionlar Liqasında ölkə çempionu təmsil edəcək.
Fanat.az