Azərbaycanda bazar gününə olan hava proqnozu açıqlanıb

12:27 19 Dekabr 2015
18 Sosial
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, dekabrın 19-da Bakı və Abşeron yarımadasının bəzi yerlərində zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 0-4, gündüz 8-11 dərəcə, Bakıda 1-3, gündüz 9-11 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/ekologiya/azerbaycanda-bazar-gunune-olan-hava-proqnozu-aciqlanib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR