Azərbaycan təsir altına düşə bilər

Azərbaycan təsir altına düşə bilər
12:31 19 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Ukrayna və Gürcüstan vətəndaşları Şengen zonasına daxil olan Avropa İttifaqı (Aİ) ölkələrinə vizasız gedə bilər.

ANS PRESS-in məlumatına görə, bu barədə məruzə Avropa komissiyasının saytında dərc edilib. Məruzəyə əsasən, Avropa Komissiyası Gürcüstan, Ukrayna və Kosovo ilə viza liberallaşdırılmasına dair müsbət qərar qəbul etdiyini elan edib. Sənəd Avropa Parlamenti və Avropa Birliyi üzvü olan ölkələr tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək.

Sözügedən mərhələlərin gələn ilin yayına qədər başa çatacağı gözlənilir.


Ukrayna və Gürcüstan


Daha öncə Avropa Komissiyasının Avropa İttifaqı (Aİ) ilə viza rejiminin liberallaşmasına dair tələblər planının yerinə yetirilməsi haqqında hesabatının qəbul edildiyi barədə məlumat yayılmışdı.

Xarici agentliklərin verdiyi məlumatlara görə, Ukraynaya vizasız rejimin təqdim edilməsinin Kiyev və Brüssel arasındakı müsbət münasibətlərin sayəsində olduğu da vurğulanıb.

Politoloq Fikrət Sadıqov Avropa İttifatının Ukrayna və Gürcütana tətbiq etmək istədiyi bu rejimin Azərbaycana tətbiq olunmasının əlehinədir:

"Hansısa sahədə ola bilər ki, Aİ Azərbaycana da vizasız rejim tətbiq etsin, məsələn jurnalistlərə, tələbələrə, amma tamamilə hər kəsə tətbiq edilməsi düzgün deyil. Çünki bu bir siyasətdir. Hazırda Ukrayna və Gürcüstana bu rejimi tətbiq etməklə onlar həmin ölkələri öz nəzarəti altına salmaq, özlərinə yaxınlaşdırmaq fikrindədirlər. Mən istəmirəm ki, Azərbaycan da vizasız rejim naminə onların təsiri altına düşsün. Düzü, inanmıram ki, Ukrayna və Gürcüstana da vizasız rejim tamamilə tətbiq olunsun, yəqin, burada da hansısa şərtlər olacaq", - deyə o, bildirdi.


Fikrət Sadıqov - politoloq


Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə deyir ki, Aİ-nın Azərbaycana vizasız rejimin tətbiq olunması hal-hazırda müzakirə olunmur. Xidmət rəhbəri onu da əlavə etdi ki, belə bir rejimin Azərbaycana tətbiq olunması nəzərdə tutulmasa da hər halda, Avropa İttifaqı ilə aramızda viza məslələrində xüsusi güzəştlər var.


Hikmət Hacıyev - Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri


"Avropa İttifaqı ilə Azərbaycan arasında 2014-cü ildə vizaların sadələşdirilməsi və readmissiya haqqında saziş bağlanıb. Sadələşdirilmiş viza rejiminin tətbiqi Azərbaycanla Avropa İttifaqı arasında bu sahədə əməkdaşlıq üçün yeni imkanlar yaradır, readmissiya haqqında saziş isə qeyri-qanuni miqrasiyanın qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsinə xidmət edir."-deyə Hikmət Hacıyev əlavə etdi.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367671

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR