Ən yüksək və ən az maaş hansı şəhərlərdə verilir?

Ən yüksək və ən az maaş hansı şəhərlərdə verilir?
12:32 19 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Milli.Az hamar.az-a istinadən xəbər verir ki, İsveçrə bankı UBS dünyanın ən yüksək maaş verilən, eyni zamanda ən bahalı və ən ucuz şəhərlərinin siyahısını tərtib edib.

Bankın "Qiymətlər və maaşlar" adlı hesabatı dünyanın 73 şəhərini əhatə edib. Belə ki, bankın araşdırmasına əsasən, dünyada ən yüksək maaş İsveçrənin Sürix şəhərində verilir. Siyahıdakı ikinci və üçüncü yerləri müvafiq olaraq, Cenevrə (İsveçrə) və Helsinki (Finlandiya) şəhərləri tutur.
Oslo (Norveç), Sidney (Avstraliya) və Stokholm (İsveç) şəhərlərində də işçilərə yüksək məvacib verilir. Qeyd edək ki, İstanbul şəhəri bu kateqoriyada 56-cı pillədə qərarlaşıb. Bakı şəhəri 79-cu pillədə. Sürix dünyada alıcılıq qabiliyyəti ən yüksək olan şəhərdir.

Bankın araşdırmasında Cenevrə dünyanın üçüncü ən bahalı şəhəri kimi göstərilib. İstanbul bahalı şəhərlər siyahısında 28-ci yerin sahibidir.

UBS-in hər üç ildən bir hazırladığı hesabata görə, dünyanın ən ucuz şəhərləri Bombey (Hindistan), Manila (Filippin) və Dehlidir (Hindistan).

Araşdırmada Mumbay (Hindistan), Manila və Nayrobi (Keniya) dünyada ən aşağı maaş verilən şəhərlər kimi təqdim edilib. Azərbaycan bu siyahıda 33-cü yerdədir.

Mİlli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/391478.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR