Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

BMT-dən Suriya razılığı - atəşkəs olacaq

BMT-dən Suriya razılığı - atəşkəs olacaq

Date: 19 December 2015 12:46

BMT-də Suriya ilə bağlı məsələ müzakirəyə çıxarılıb. ANS PRESS-in məlumatına görə, Təhlükəsizlik Şurası Suriyada müaqişənin sülh yolu ilə nizamlanması üzrə beyəlxalq Suriya dəstək qrupunun "yol xəritəsini" təsdiqləyən qətnamə qəbul edib.

Qətnamədə Suriya hökuməti və müxalifətin yanvar ayında görüşlərə başlaması istənilir. Bundan başqa BMT TŞ-nin nəzarətində keçid hökuməti qurulacaq.

4 səhifəlik mətndə ilk olaraq Suriyanın rifahı, azadlığı, birlik və ərazi bütövlüyü əsas götürülüb. Bu qərar həmçinin bütün tərəfləri dərhal atəşkəsə səsləyir.
Bundan başqa hökumət və müxalif qüvvələrdən ən qısa zamanda siyasi danışıqlar yolunda addım atmaq tələb edilir, BMT-nin baş katibi Pan Ki Mundan atəşkəsin izlənməsi, hesabat mexanizmaları ilə bağlı təkliflərini bir ay müddətində TŞ-na bildirmək tələb edilib.


BMT-nin iclası

"Suriyanın gələcəyini Suriya xalqı müəyyən edəcək" deyə, qeyd edilən qətnamədə prezident Bəşər Əsadın adı çəkilməyib.

Toplantıya qatılan ABŞ-ın dövlət katibi Con Kerri artıq Suriyada savaşı dayandırmağın zamanı gəldiyini deyib. "Suriyaya İŞİD və Əsəddən başqa bir seçim təqdim edəcəyik".


BMT-nin ötən gün Nyu-Yorkda keçirilən iclası

Tags:  BMT-dən Suriya razılığı atəşkəs olacaq


RƏYLƏR


Top news