“Formula-1” üzrə Avropa Qran-prisinin biletləri bu gündən satışa çıxarılıb

“Formula-1” üzrə Avropa Qran-prisinin biletləri bu gündən satışa çıxarılıb
12:48 19 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 19 dekabr, Səxavət Quliyev, AZƏRTAC 
Gələn ilin iyununda Bakıda keçiriləcək “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının biletləri bu gündən – dekabrın 19-dan satışa çıxarılıb.
AZƏRTAC xəbər verir ki, biletləri www.bakucitycircult.com saytı vasitəsilə onlayn qaydada almaq mümkündür. Satışa 30 min bilet çıxarılıb. Biletlərin qiymətləri 19 manatdan başlayır. Azərbaycan vətəndaşları biletləri 40 faiz endirimlə ala biləcəklər.
Dənizkənarı Milli Parkda start verilən bilet satışı “Son 6 ay” tədbiri ilə eyni vaxta təsadüf edir. “Son 6 ay” tədbirində paytaxt sakinləri üçün bayram ab-havası yaradılacaq. Bakı sakinləri və şəhərimizin qonaqları xüsusi quraşdırılmış simulyator oyunlarından istifadə edərək maraqlı vaxt keçirəcəklər. Həmçinin müsabiqələr təşkil olunacaq və tədbir konsert proqramı ilə davam edəcək. Sonda atəşfəşanlıq olacaq.
Yarışın təşkilatçı şirkəti olan “Bakı Şəhər Halqası”nın kommersiya üzrə direktoru Bülənt Özərdim bildirib ki, “Formula-1”in Azərbaycanda keçirilməsi çox önəmlidir. Bilet satışına başladığımız üçün çox sevincliyik. Gələn yay bizə qoşulmaq arzusunda olan azarkeşlərə bilet almağa tələsməyi tövsiyə edirəm.
Bakı Qran-prisi gələnilki mövsümdə 4 şəhər trasından biri olacaq. Altı kilometr uzunluğundakı Bakı trasında bolidlər 20 döngədən keçərək 51 dövrə vuracaqlar. Dənizkənarı bulvar boyunca iki kilometrlik məsafədə sürət saatda 340 kilometr olacaq. Bu da Avropa Qran-prisini digərlərindən fərqləndirir və yarışa marağı daha da artırır.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Formula_1_uzre_Avropa_Qran_prisinin_biletleri_bu_gunden_satisa_chixarilib-912637

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR