19 dekabr - Beynəlxalq Yoxsullara Yardım Günüdür

19 dekabr - Beynəlxalq Yoxsullara Yardım Günüdür
12:48 19 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 19 dekabr, AZƏRTAC
Hər il dekabrın 19-da dünyada qeyd olunan Beynəlxalq Yoxsullara Yardım Günü 1995-ci ildə BMT tərəfindən təsis edilib. Beynəlxalq ekspertlərin məlumatına görə, planetin bütün əhalisinin təxminən dörddə bir hissəsi, yəni yarım milyard adam 20-ci əsrin dilənçi vəziyyətində olub. Aparılan araşdırmalar onu da göstərir ki, 1999-cu ildən 2007-ci ilədək olan dövrdə yoxsulluqdan daha 300 milyon nəfər ölüb. Qeyd etmək lazımdır ki, hətta iki dünya müharibəsi belə ümumilikdə bu qədər insanın həyatına son qoymayıb.
Bununla əlaqədar BMT tərəfindən yoxsulluğun kökünün kəsilməsi məqsədilə bir neçə proqram qəbul edilib. İlk proqramın icrasına 2000-ci ilin əvvəlində başlanılsa da, hələ də yoxsulluq həddində yaşayanların sayı azalmır.
Dünya iqtisadiyyatı bu gün sürətlə inkişaf edir və insanlar daha yüksək həyat səviyyəsi ilə öyünə bilərlər. Ancaq yoxsulluq bəşəriyyətin əsas problemlərindən biri olaraq qalır. Çünki yoxsulluq təkcə yüksək təhsil almağa və səhiyyəyə pul çatışmazlığı ilə deyil, həm də rahat mənzil və layiqli iş yerinin olması ilə ölçülür. Dünyanın bir çox ölkələrində yoxsulluğun aradan qaldırılması üçün dövlət və beynəlxalq proqramlar həyata keçirilir. Eyni zamanda, sahibkarlar, müxtəlif dini və xeyriyyə ictimai təşkilatları tərəfindən yoxsullara yardım göstərilir.
Beynəlxalq təşkilatlar bu sahədə Azərbaycanı yüksək qiymətləndirirlər. BMT bu ilin sentyabrında Azərbaycanı yoxsulluqla və işsizliklə mübarizədə nailiyyətlərinə görə yüksək mükafata layiq görüb. Cəmi on il ərzində Azərbaycanda yoxsulluq 50 faizdən 5 faizə qədər azalıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/19_dekabr___Beynelxalq_Yoxsullara_Yardim_Gunudur-912638

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR