Görmə qüsurlular da bizim kimi görəcəklər

Görmə qüsurlular da bizim kimi görəcəklər
13:05 19 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

2016-cı ildə Monaşa Universitetində çalışan avstraliyalı alimlər tərəfindən görmə qabiliyyətini tamamilə itirmiş insanlar üzərində süni gözün köçürülməsi əməliyyatı aparılacaq. Süni görmə sistemi təsviri bilavasitə beyinə ötürəcək.

Milli.Az ictnews.az-a istinadən xəbər verir ki, innovativ sistem daxili kamera ilə təchiz edilmiş eynək formasında hazırlanıb və real dünyadakı təsviri yığcam videoprosessora göndərir. Bu qurğu isə öz növbəsində təsvirin bəzi hissələrini "ələ keçirərək" onu beynin görməyə cavabdeh bölməsində yerləşdirilmiş 11 ötürücü qurğuya (hər birində 43 elektrod mövcuddur) ötürür.

Sözügedən texnologiyanın yaradıcısı Artur Lourinin sözlərinə görə, hər bir elektrod kompüter monitorundakı piksellə müqayisə edilə bilən işıq nöqtəsi əks etdirə bilər. Ümumiyyətlə isə, ötürücü qurğular 500 işıq nöqtəsi əks etdirə bilər ki, bu da insan gözünün imkanından (1-2 milyon piksel) dəfələrlə azdır. Amma sadə təsvir yaratmaq üçün 500 işıq nöqtəsi kifayətdir.
 
"Prosessor - minimum informasiyadan istifadə etməklə mürəkkəb vəziyyəti əks etdirən karikaturaçı kimidir", - deyə Louri fikrini bölüşüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/391480.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR