4 gündə 68 terrorçu öldürüldü

4 gündə 68 terrorçu öldürüldü
13:17 19 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Şırnak vilayətinin Cizrə və Silopi rayonlarında PKK-ya qarşı aparılan əməliyyatlar çərçivəsində 4 gündə 68 terrorçu öldürülüb.

APA-nın "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, terrorçulardan 3-ü sağ ələ keçirilib.

Türkiyə Silahlı Qüvvələri və polisin birgə həyata keçirdiyi əməliyyatlarda isə 1 çavuş şəhid olub, təhlükəsizlik qüvvələrindən 22 nəfər yaralanıb.

Silopi rayonunda xəstələrin xəstəxanaya daşınması üçün zirehli avtomobillərin qoruduğu ambulanslardan istifadə edilir.

Terrorçuların istifadə etdikləri güman olunan evlərdə isə araşdırmalar davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/391525.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR