Yaraqlılar Qətərin hakim ailəsinin 9 üzvünü hələ də girov saxlayır

Yaraqlılar Qətərin hakim ailəsinin 9 üzvünü hələ də girov saxlayır
13:23 19 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 19 dekabr, AZƏRTAC
Yaraqlılar İraqın ovçu düşərgəsindən qaçırdıqları Qətərin hakim ailəsinin 9 üzvünü hələ də girov saxlayır. Amma hələlik onların azad olunması üçün heç bir tələb irəli sürülməyib.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, dekabrın 16-da hərbi geyimli naməlum yaraqlılar İraqın Nəcəf əyalətində yerləşən düşərgədən 16 Qətər vətəndaşını qaçırıb. İraq polisindəki mənbənin məlumatına əsasən, qaçırılanlar arasında Qətərin hakim ailəsinin üzvləri də olub.
Hadisənin ertəsi gün yaraqlılar Qətərin hakim ailəsinin 9 üzvündən başqa digər girovları, həmçinin İran və Cənub-Şərqi Asiya ölkələrinin vətəndaşlarını azad ediblər.
Hələlik hadisənin arxasında kimlərin dayandığı və onların tələbləri məlum deyil. Yaraqlılar İraqın Daxili İşlər Nazirliyinin əməkdaşları ilə görüş təyin etsələr də, ora gəlməyiblər. Hazırda yeni görüş vaxtının müəyyən edilməsi üçün danışıqlar aparılır.
Girovların azad edilməsi ilə bağlı danışıqlar Qətərin Baş naziri və Daxili İşlər Nazirliyinin başçısı Şeyx Abdullah ben Nasir Əl Xəlifə Əl Tani və İraqın daxili işlər naziri Məhəmməd Salam əl-Qaban tərəfindən aparılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yaraqlilar_Qeterin_hakim_ailesinin_9_uzvunu_hele_de_girov_saxlayir-912648

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR