Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qubada gənclər arasında intellektual yarışa start verilib

Qubada gənclər arasında intellektual yarışa start verilib

Date: 19 December 2015 13:38


Quba, 19 dekabr, Elxan Yusifli, AZƏRTAC
Qubada Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gənclər arasında “Ədəbiyyat kuboku” adlı intellektual çoxnövçülük üzrə yarışa start verilib.
AZƏRTAC xəbər verir ki, ədəbiyyatımızın təbliği və gənclərin mütaliə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə reallaşdırılan layihə çərçivəsində “Xəmsə”, “Fərdi oyun”, “Breyn-rinq” kimi intellektual oyunlar üzrə müsabiqələr keçirilir. Bütün yarışlar sırf ədəbiyyat mövzusu üzrə aparılır.
Yarışların açılış mərasimində bildirilib ki, 2015-ci il Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan bir sıra yazar və şairlərin yubileyləri ilə əlamətdar olub. Bu ildə Bəxtiyar Vahabzadənin 90, Yusif Səmədoğlunun 80, Əliağa Vahidin 120, Məhəmmədhüseyn Şəhriyarın 110, Seyid Əzim Şirvaninin 180 illik yubileyləri qeyd edilir. Həyata keçirilən bu layihə də məhz adıçəkilən yubilyarların xatirəsinə həsr olunub.
Yarışların ilk günü gənclər “Fərdi oyun”da qüvvələrini sınayıblar. 40 nəfər gəncin qatıldığı yarışda Qeyrət Əmirov birinci, Aynurə Şıxməmmədova ikinci, Rakim Zeydullazadə isə üçüncü yeri tutub.
Qalib və mükafatçılara diplomlar, medallar və kubok təqdim olunub.





Tags:  Qubada gənclər arasında intellektual yarışa start verilib



RƏYLƏR


Top news