Qaçaqmalçılıq yolu ilə fişəng gətirənlər saxlanıldı

Qaçaqmalçılıq yolu ilə fişəng gətirənlər saxlanıldı
13:39 19 Dekabr 2015
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Qaçaqmalçılıq yolu ilə Gürcüstandan ölkəmizə gətirilən külli miqdarda yayım fişəngləri, pirotexniki və tez alışan malların realizə olunmasının qarşısı alınıb. 
 
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə,  Xəzər rayon Qala qəsəbəsi Xaşa-Xuna bağları adlanan ərazisində Əkbərov Sofiq Əfsər oğlu və Xamıyev Şirvan Əliheydər oğlu tərəfindən sonuncunun idarə etdiyi «Opel Zafira» markalı 99 GT 594 dövlət nömrə nişanlı minik avtomobilinə yüklənən və ərazidəki ünvansız tikilidən ümumilikdə 15 ədəd karton qutulardan 22 adda 7800 ədəd pirotexniki vasitələr aşkar ediblər.
Əkbərov Asim Şükür oğlunun idarə etdiyi «Opel Astra» markalı 99 DZ 244 dövlət nömrə nişanlı minik avtomobilinin yük yerindəki malları Nadirli Asim Həbib oğluna satmaq istəyərkən saxlanılıb. Baxış zamanı avtomobildən və Nadirli Asim Həbib oğlunun ticarət mərkəzlərindən birində icarəyə götürdüyü anbardan aşkar edilən 16 ədəd karton qutu, 3 ədəd sellofan və 1 ədəd ağ rəngli kisədən 31 adda 15269 ədəd pirotexniki vasitələr aşkar edilərək götürülüb. 
 
Hər iki faktla bağlı araşdırma aparılır.
 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225824

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR