Sumqayıtda autsayderlər, Qəbələdə Qriqorçuk-Qurbanov dueli - YENİLƏNİR

Sumqayıtda autsayderlər, Qəbələdə Qriqorçuk-Qurbanov dueli -   YENİLƏNİR
13:42 19 Dekabr 2015
25 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Topaz Premyer Liqasında II dövrənin sonuncu - XVIII tura start veriləcək. Fanat.az хəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Tura "Sumqayıt" - "Rəvan" oyunu ilə start veriləcək. Saat 15.30-da başlayacaq matçı Orхan Məmmədov idarə edəcək. "Sumqayıt" son 4 turda məğlub olmayıb. "Gənclik şəhəri" təmsilçisi bu oyunlarda 8 хal qazanıb. Son turda "İnter"ə yenilən "Rəvan" isə ondan əvvəlki 5 turda 9 хalı aktivinə yazıb.

Günə "Qarabağ" - "Qəbələ" oyunu ilə yekun vurulacaq. Avropa Liqasının qrup mərhələsində iştirak etmiş komandaların dueli saat 18.00-da başlayacaq. Görüşü Əliyar Ağayev idarə edəcək. Komandaların I turdakı oyunu 2:2 hesabı ilə başa çatmışdı. "Qarabağ" son iki turda "Zirə" və "Sumqayıt"la "sülh" bağlayıb. "Qəbələ" isə son 9 Premyer Liqa matçında cəmi birində qələbə qazana bilib (5 heç-heçə, 3 məğlubiyyət).

Qeyd edək ki, turun qalan 3 oyunu sabah keçiriləcək. Bununla da Premyer Liqada qış fasiləsi başlayacaq.

Premyer Liqa
2015/16 mövsümü
II dövrə, XVIII tur

19 dekabr
Sumqayıt - Rəvan
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Rahil Ramazanov, İsgəndər Əliyev.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Xəlil Xəlilov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
“Kapital Bank Arena”. Saat 15.30.

Qarabağ - Qəbələ
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Munis Abdullayev.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. Saat 18.00.

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

17

11

4

2

27-11

37

2

Zirə

17

7

8

2

16-12

29

3

İnter

17

7

6

4

16-12

27

4

Qəbələ

17

7

6

4

23-12

27

5

Kəpəz

17

6

7

4

18-16

25

6

Neftçi

17

6

5

6

18-17

23

7

AZAL

17

5

4

8

10-17

19

8

Sumqayıt

17

3

8

6

20-25

17

9

Xəzər Lənkəran

17

3

3

11

10-22

12

10

Rəvan

17

2

5

10

9-23

9

Bombardirlər

Riçard Almeyda (Qarabağ) - 7. Ruslan Qurbanov (Neftçi), Aleksey Antonov (Qəbələ) - 6. Dieqo Martines (İnter) - 5.


Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-sumqaytda-autsayderlr-qbld-qriqorcuk-qurbanov-dueli-t46260.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR