Bakı metrosunda konsert - FOTO

Bakı metrosunda konsert - FOTO
13:42 19 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Metropoliteninin "İçərişəhər" stansiyasında musiqili kvartetin iştirakı ilə simfonik mini-konsert olub.

Milli.Az xəbər verir ki, saat 12:15-də başlayan konsert dünya şöhrətli bəstəkar, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin 130 illik yubileyinə töhfə vermək məqsədilə təşkil edilib.

Stansiyanın vestibülündə təşkil edilən konsert stansiyaya daxil olan və eskalatorla qalxan sərnişinlərin, xüsusən də uşaqların böyük marağına səbəb olub.

Layihəyə bu ilin dekabr ayının əvvəlindən başlanılıb və ayın sonunadək hər həftənin cümə günləri  "28 May", şənbə günləri isə "İçərişəhər" stansiyalarında sərnişinlərə yalnız Üzeyir Hacıbəyovun bəstələrindən, eləcə də dünya klassik əsərlərindən ibarət canlı musiqi nümunələri təqdim olunub.

Xatırladaq ki, iki həftə öncə, dekabrın 4-də "28 May" stansiyasının əsas girişində sərnişinləri Azərbaycan Dövlət Konservatoriyasının və Bakı Musiqi Akademiyasının tələbə və məzunlarından ibarət kollektivlərin ifası qarşılayıb. Milli Konservatoriyanın məzunlarından ibarət simli kvartet dünya və Azərbaycan musiqisinin klassik sənət nümunələrini, Bakı Musiqi Akademiyasının tələbə və məzunlarından ibarət milli musiqi üçlüyü isə Azərbaycan folkloru və milli musiqisinin ən gözəl parçalarını ifa ediblər.

Layihənin əsas məqsədi dahi bəstəkar, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin 130 illik yubileyinə töhfə verərək, bu hadisəyə ictimaiyyətin diqqətini cəlb etmək və sərnişinlərə xoş ovqat, yüksək əhval-ruhiyyə bəxş etməkdir.

Qeyd edək ki, Bakı Metropoliteni Yeni il bayramı ərəfəsində xoş sürpriz edəcəyini də vəd edib.

İlkin İzzət

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/391532.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR