"Azərbaycan elm və irfan sərdarları" kitabı təqdim olunub

"Azərbaycan elm və irfan sərdarları" kitabı təqdim olunub
13:43 19 Dekabr 2015
62 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 19 dekabr, Flora Şükürova, AZƏRTAC
Dekabrın 19-da Beynəlxalq Mətbuat Mərkəzində Milli İrsi, Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun layihəsi əsasında nəşr edilmiş, xalqımızın tarixində önəmli yeri olan böyük şəxsiyyətlərin həyat və yaradıcılığından bəhs edən "Azərbaycan elm və irfan sərdarları" kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Muxtar Cəfərlinin müəllifi olduğu kitaba professor Teymur Əhmədov rəy verib. “Nurlar” nəşriyyatında nəfis şəkildə çap olunmuş kitabda Xətib Təbrizi, Nizami Gəncəvi, Nəsrəddin Tusi, Seyid Cəmaləddin, Məhəmməd Füzuli və digər görkəmli söz və fikir adamlarının yaradıcılığından söz açılır.
Təqdimatda Azərbaycan haqqında videoçarx nümayiş olunub.
Bildirilib ki, kitab müəllifin uzun zamandan bəri "Füyuzat" dərgisində dərc olunan silsilə məqalələri əsasında tərtib edilib. Müəllif Muxtar Cəfərli bu araşdırmalarda əsərləri ilə dünya elm tarixində, mədəniyyət və ədəbiyyatında önəmli yer tutan , işıqlı fikirləri ilə insanlığın mənəvi tərəqqi yolunu aydınladan Azərbaycan ədiblərindən söz açıb.
Vurğulanıb ki, müəllif oxucunu elmli olmaqla yanaşı, sözün geniş mənasında əxlaqlı davranışa səsləyir.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotAzerbaycan_elm_ve_irfan_serdarlari_quot_kitabi_teqdim_olunub-912655

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR