Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İŞİD-in əlindən qaçan şəxs: "Onlar əmimin başını kəsdilər, bədənini isə..."

İŞİD-in əlindən qaçan şəxs: "Onlar əmimin başını kəsdilər, bədənini isə..."

Date: 19 December 2015 13:44

Suriyanın şimalı... Avropanı çətin vəziyyətə salan qaçqın problemi ölkənin digər yerlərində olduğu kimi bu ərazidə də yaranmağa başlayıb. APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, səbəb İŞİD-in son vaxtlar bombardmanları gücləndirməsidir. Terrorçuların fəallaşması onların yeni əraziləri ələ keçirməsi ilə nəticələnir. Kürd silahlı birləşmələrinin hücumları da insanların qaçqın düşməsinə səbəb olur.


"İŞİD bizim Əl-Xaui istiqamətində hücumumuzdan sonra zəiflədi. Bu daha çox İraq sərhədi ilə olan bölgədə hiss edilir. Amma onlar yenidən hücumlara başlayıblar, biz də möhkəm dayanmışıq, onların sonu çatıb", deyə İŞİD-ə qarşı döyüşən səhra komandiri bildirib.

İŞİD-in özünə paytaxt elan etdiyi Raqqanı tərk edən qaçqınlar isə terrorçuların törətdikləri qəddarlıqlardan danışırlar. Maslan adlı şəxs Raqqanın ətrafındakı qəsəbələrdən birində  yaşadığı evini tərk etməyə məcbur olub. Onun yaşadığı bölgə hazırda kürd silahlılarının əlindədir. O bildirib ki, terrorçular onun əmisini casusluqda təqsirləndirərək edam ediblər.

"Əmimi vəhşiliklə öldürdülər. Onun başını kəsdilər, başsız meyiti də vermədilər bizə. Bu dəhşətli idi. Onlar hər gün kimi isə casusluqda təqsirləndirirlər. Kimini ateist, kimini isə casus elan edirlər. Sonra isə başlarını kəsirlər. Belə öldürülənlər minlərlədir", deyə o bildirib.

Raqqdan çıxmağı bacaranların hamısı oradakı dəhşətlərdən danışırlar. Bu atada isə şəhər bombalanır. Çörəyin qiyməti isə hər gün artır.

 


Tags:  İŞİD-in əlindən qaçan şəxs Onlar əmimin başını kəsdilər bədənini isə

RƏYLƏR


Top news