İsrail qazı Türkiyəyə 2019-cu ildən nəql oluna bilər

İsrail qazı Türkiyəyə 2019-cu ildən nəql oluna bilər
13:44 19 Dekabr 2015
16 Dünya
Ölkə mətbuatı
A- A+

İsrailin Türkiyəyə qaz nəql etmə istəyi, Türkiyənin isə gərginlik yaşadığı Rusiyadan qazın nəqli ilə bağlı alternativ yollar axtarması rəsmi Ankara ilə Təl-Əviv arasındakı yaxınlaşmaya və İsrail-Türkiyə Boru Xətti ilə bağlı işləri sürətləndirə bilər.

 

“APA-Economics” xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb. Məlumata görə, 2016-cı ildə iki ölkə arasında İsrail təbii qazının nəqli ilə bağlı razılaşma əldə edilsə, İsrail qazı 2019-cu ildə Türkiyə bazarına daxil olacaq.

 

Bununla da Türkiyəyə 25 il ərzində İsraildən ildə 10 mlrd. kubmetr, ümumilikdə isə 250 mlrd. kubmetr təbii qaz nəql oluna bilər. İllik 10 mlrd. kubmetr qaz Türkiyənin illik qaz idxalının 21%-ni təşkil edir.

 

İsrail ilə təbii qazın nəqlinə dair aparılan müzakirələr haqqında məlumatlı olan şirkət nümayəndəsi məsələ ilə bağlı bunları deyib: “İlk növbədə, İsraildəki təbii qaz yataqlarını işlədən “Delek” və “Nobel” şirkətlərinin Türkiyə ilə təbii qazın alqı-satqısına dair müqavilə imzalamalıdır. Bu, Türkiyədəki özəl şirkət və ya şirkətlər konsorsiumu, BOTAŞ və ya “Türk petrolları” kimi dövlət şirkəti və yaxud da özəl-dövlət ortaqlığı ilə ola bilər. Hər şey qaydasında gedər və 2016-cı ildə tərəflər arasında müqavilə imzalanarsa, “Delek” və “Nobel” sahə inkişafı layihəsinə başlayacaq. İllik 10 mlrd. kubmetr qaz günlük 30 mln. kubmetr edir və bu qazın əldə olunması üçün əlavə qazmaların həyata keçirilməsi lazımdır. Bundan sonra, qazmalardan əldə olunan qazlar platformalara yığılacaq. Hazırda qaz dənizin altındadır və Türkiyəyə ixrac edilə biləcək vəziyyətdə deyil. Bütün bunlar üçün 2 il zamana ehtiyac var. Hər şey plan üzrə gedərsə 2019-cu ildə İsraildən Türkiyəyə qaz nəqli həyata keçiriləcək. Platforma (qaz toplanan) ilə Türkiyə sahili arasında təxmini 475 km uzunluğunda boru xəttinin inşası lazımdır”.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225825

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR